SON DƏQİQƏ: Şəhidlərimiz var…

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür. Ətraflı məlumat veriləcək.

Erməni mediasının verdiyi məlumata görə, Laçın-Gorus istiqamətində baş vermiş atışma nəticəsində 3 erməni hərbçi ölüb, çoxlu yaralı var, xüsusi təyinatlı ordu korpusunun komandiri yaralanıb.

“Hraparak” Zəngəzurdakı mənbəyə istinadən məlumat yayıb ki, yaralılar arasında xüsusi təyinatlı ordu korpusunun komandiri, hazırda əməliyyat olunan Armen Gezalyan da var. Onun əməliyyat olunduğu bildirilir.

Nəşr onu da qeyd edir ki, erməni tərəfi hələ də atışma zamanı yaralıları hadisə yerindən çıxara bilməyib, odur ki, ölənlərin sayı arta bilər.

“Caliber”in məlumatına görə, erməni tərəfi 6 itki verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button