SMMM üzvləri aclıq edənlərə baş çəkdi

Müsavat Partiyasının ofisində blogger Mehman Hüseynovun və digər siyasi məhbusların azadlığa buraxılması tələbilə aclıq aksiyası davam edir.

Müsavat Partiyası İdarə Heyətinin üzvü Tofiq Yaqublu yanvarın 4-dən, AXCP fəalı Tofiq Məmmədov isə yanvarın 2-dən aclıq edir.

Yanvarın 6-da ictimai fəal Fatimə Mövlamlı, Müsavat Partiyası Sumqayıt təşkilatının rəhbəri Elşad İsrafilov və AXCP üzvü Yaşar Ferazi də aksiyaya qoşulublar.

Yanvarın 7-dən aksiyada Fuad Rəhimli (Müsavat Partiyası), Rövşən Nifalzadə (AXCP), Mübariz Fətullayev (AXCP), Nicat Abdulla (AXCP) və Leyla Babayeva (bitərəf) aksiyada iştirak edirlər.

Rəsmi orqanlar hələlik aksiyaya reaksiya verməyiblər.

Bu gün Siyasi Məhbusları Müdafiə Mərkəzinin əməkdaşları da aclıq edənləri ziyarət ediblər. Ziyarətdə Əlövsət Sadıqlı, Zəfər Əhmədov, Əvəz Zeynallı, Oktay Güləliyev, Taleh Xasməmmədov və başqaları iştirak ediblər və aclıq elan edənlərin durumu ilə maraqlanıblar.

Xatırladaq ki, hüquq-müdafiə təşkilatlarının məlumatına görə, Azərbaycanda 150 siyasi məhbus var.

 

Xural.com

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button