SMMM mitinqə dəstək bəyanatı verdi

Xural.com xəbər verir ki, Siyası Məhbusların Müdafiə Mərkəzi  (SMMM)  hakimiyyəti Mehman Hüseynov başda olmaqla bütün siyasi məhbusları qeyd-şərtsiz azad etməyə, ictimai fəalların şərlənib həbs olunması siyasətinə son qoymağı barədə bəyanat verib. Xural.com bəyanatı təqdim edir:

 

Həbsdə olan siyasi məhbuslara qarşı son zamanlar hakimiyyətin daha bir avantürist və qisasçı addımının şahidi oluruq. Siyasi motivlərlə həbs olunmuş Taleh Bağırzadənin, Əli İnsanovun, Məmməd İbrahimin, Telman Şirəliyevin, Firudin Zeynalovun ardınca gənc blogger Mehman Hüseynovun həbsdən çıxmasına az müddət qalmış ona qarşı yeni, qondarma cinayət işi açılıb. Hakimiyyət bu addımı ilə yerli və beynəlxalq ictimaiyyətin sərt təpkisini qazanmaqla yanaşı özünü də gülünc və ifşa durumuna salıb. Haqlı olaraq Azərbaycan ictimaiyyəti və Avropa Parlamentinin timsalında beynəlxalq qurumlar Mehman Hüseynovun yenidən şərlənməsinə etiraz edir, onun və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edirlər.

Siyasi məhbuslara azadlıq tələbi ilə Milli Şuranın təşkilatçılığı ilə 19 yanvar 2019-cu il tarixdə ümumxalq mitinqi keçirilir. Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) mitinqin tələblərini dəstəkləyir, hamını bu aksiyada fəal iştirak edərək siyasi məhbuslara dəstək olmağa çağırır.

SMMM eyni zamanda hakimiyyəti Mehman Hüseynov başda olmaqla bütün siyasi məhbusları qeyd- şərtsiz azad etməyə, ictimai fəalların şərlənib həbs olunması siyasətinə son qoymağa çağırır.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button