
Siyasi məhbus Əziz Orucov haqqında film çəkildi-VİDEO
Kanal13-ün həbsdə olan rəhbəri, siyasi məhbus Əziz Orucovun ad günü ilə bağlı film çəkilib. Xural.com-un məlumatına görə, filmi Kanal13-ün yaradıcı kollektivi araya-ərsəyə gətirib. Filmdə Əziz Orucovun uşaqlıq dostları, məktəb yoldaşları, müəllimələri və kənd qonşuları, eyni zamanda həmkarları onun haqqında xatirələrini bölüşüblər. Eyni zamanda “Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım fondu”nun rəhbəri Sabit Bağırov, şair Ramiz Rövşən, “Konstitusiya Araşdırmaları Fondu”nun prezidenti Əliməmməd Nuriyev, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Professor Qulu Məhərrəmli, Əziz Orucovun böyük qardaşı Anar Oruclu, həyat yoldaşı Lamiyə Orucova və anası Almaz Orucova da Əziz Orucovun haqqında ürək sözlərini söyləyib, xatirələrini bölüşüblər. Xural.com filmi təqdim edir…
Xural.com



