
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru: “Süni zəlzələni təbiidən ayıra bilirik”
“Türkiyədə təbii zəlzələ baş verib. Süni zəlzələni təbii zəlzələdən ayıra bilirik”.
Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, təkanlar yerdaxili gedən genodinamik proseslər nəticəsində baş verib.



