
ŞƏMŞAD AĞA ANASININ DƏFNİNƏ BURAXILDI
Bu barədə vəkil Cavad Cavadov deyib

Bakı Ağır Cinayətlər Məhkəməsi hazırda həbsdə olan jurnalist Şəmsad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib.
Xural.org xəbər verir ki, bu barədə gununsesi.info-ya vəkil Cavad Cavadov deyib.
Qeyd edək ki, dünən “Meydan TV İşi” çərçivəsində həbs edilən Şəmsad Ağanın anası vəfat edib.
Dünən jurnalistin vəkili Zibeydə Sadıqova jurnalistin hüzr mərasiminə buraxılması üçün Ombudsmana, Penitensiar Xidmətə və Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.



