SANKSİYALAR RUSİYANI HARA APARACAQ?

Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya bir sıra sanksiyalara məruz qalıb:

Bu sanksiyalar bir neçə qrupa bölünür:

  • Fərdi sanksiyalar
  • İqtisadi sanksiyalar: bu növ sanksiyalara Qazprom İdarə Heyətinin sədri Aleksey Miller, Rusiya bankının idarə heyətinin sədri Dmitri Lebedev,Transneftin baş direktoru Nikolay Tokarev kimi şəxsləri nümünə göstərmək olar.
  • Diplomatik tədbirlər: bu növ sanksiyalara Rusiya Federasiyasının Müdafiə Naziri Sergey Şoyqu, Baş Nazir Mixail Muşistin,Təhlükəsizlik Şürasının Sədri Dmitri Medvedev və.s kimi şəxsləri nümunə göstərmək olar.
  • Media məhdudiyyətləri:

Bu növ sanksiyalara RT kanalının baş redaktoru Marqarita Simonyan, Vladimir Solovyov və Mariya Zaxarova kimi şəxsləri nümunə kimi göstərmək olar.

  • Krım və Sevastopol, bununla yanaşı, Donetsk və Luqansk vilayətlərində Ukrayna hökumətinin nəzarətində olmayan ərazilərlə iqtisadi əlaqələr quran dövlətlər,şirkətlər və fiziki və hüquqi şəxslərdə məhdudiyyətlərə məruz qalıblar.
  • İqtisadi əməkdaşlıqda tətbiq edilən məhdudiyyətlər ümumilikdə 877 nəfərdən artıq şəxsə və 62-dən çox qurumun aktivlərin dondurulmasına və səyahət qadağalarına məruz qalıb. İqtisadi sanksiyalar maliyyə, kommersiya, enerji, nəqliyyat, texnologiya və müdafiə sektorlarını vurmuşdur.

Maliyyə sektoru:

  • Bəzi Rusiya banklarının və şirkətlərinin Aİ-nin əsas və ikinci dərəcəli sərmayə bazarlarına çıxışının məhdudlaşdırılması Rusiya iqtisadiyyatına ölümcül zərbə vurub.
  • Rusiya və Belarus Mərkəzi Bankları ilə əməliyyatların qadağan edilməsi bir çox problemlər və narazılıqlar yaradıb.
  • Bəzi Rusiya və Belarus banklarının SWIFT sistemindən çıxarılması isə demək olar ki, Rusiya və Belarus iqtisadiyyatı üçün şok effekti yaradıb.
  • Rusiya və Belarusiyaya avro əskinaslarının transferi qadağasıda iqtisadi münasibətlərə ciddi zərbələr vurub.
  • Rusiyada bütün növ dövlət maliyyələşdirmələri və ya investisiyaların qadağan edilməsi iqtisadiyyatın böyüməsinin və inkişaf etməsinə mane olan səbəblərdən biridir.
  • Rusiya Birbaşa İnvestisiya Fondu tərəfindən maliyyələşdirilən layihələrə sərmayə qoyaraq ortaq olmaq və onlarla əməkdaşlıq qadağalarıda Rusiya maliyyə sisteminə vurulan ən böyük zərbələrdən biridir.

Enerji:

  • Emalda istifadə olunan mal və texnologiyaların Rusiyaya ixracına qadağa qoyulmasıda əlavə olaraq bir sıra problemlər yaradıb.
  • Rusiyanın enerji sektoruna yeni investisiyaların qoyulmasına qadağalar da enerji sektorunda ciddi problemlər yaradıb və həmən bu problemlər yaxın gələcəkdə özünü biruzə verəcək.

Nəqliyyat:

  • Avropa İttifaqının (Aİ) hava məkanını Rusiyaya aid, həmçinin qeydiyyatı Rusiya olan bütün təyyarələr üçün bağlaması isə əsl şok effekti yaradıb.Minlərlə reyslərin təxirə salınması insanların kütləvi narazılıqlarına səbəb olub və xərclərin dəfələrlə çoxalması ilə nəticələnib.
  • Rusiyaya dəniz naviqasiyası və radiokommunikasiya texnologiyalarının ixracına qoyulan qadağalar isə Rus gəmilərinədə təsir edib.Bir çox gəmilər limanlarda qalıb və dənizlərə açılmaqda çətinlik çəkirlər.

Müdafiə:

  • Ölkənin müdafiə və təhlükəsizlik imkanlarını gücləndirmək üçün istifadə edə biləcəyi ikili təyinatlı məhsulların və texnologiyaların Rusiyaya ixracına qadağalar isə bir çox hərbi təyinatlı zavodların fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnib.Bunlara misal olaraq Rusiyanın yeganə tank istehsalçısı olan “Uralvaqonzavod”un fəaliyyətinin dayandırılmasını göstərmək olar.
  • Silah ticarətinin qadağan edilməsi isə bir çox müqavilələrin təxirə salınması ilə nəticələnib.Bunlar əsasən Rusiyanın hava hücumundan Müdafiə Sistemlərinin satışının məhdudlaşdırılmasına təsir edib.

Metallurgiya sənayesi:

  • Rusiyaya dəmir və polad ixracına qoyulan qadağalar Rusiya iqtisadiyyatına vurulan böyük zərbələrdən biridir. Çünki Rusiya dəmir metallurgiya sahəsində dünyanın ən zəngin ölkələrindən biridir və dövlət büdcəsinin formalaşmasında dəmir metallurgiya sahəsinin xüsusi rolu var. Hal-hazırda isə Rusiya bu gəlirlərdən də məhrum olub.

Lüks mallar:

  • Rusiyaya dəbdəbəli malların ixracına qoyulan qadağa əsasən elit təbəqəyə təsir edib.Lüks həyat yaşayan rus milyonçular bu qadağaların təsirlərinə məruz qalıblar.İnkişaf etmiş Qərb dünyasının müasir texnologiyalarından və lüks mallarından məhrumiyyətlərdə narazılıqlar yaradıb.

RUSİYA İQTİSADİYYATI BU QADAĞALARA NECƏ REAKSİYA VERDİ ?

Bütün bu sanksiyalar Rusiya iqtisadiyyatına tam yansıyır. Martın 7-sində rublun məzənnəsi bir dollar üçün rekord həddə – 154 rubla düşüb. Hazırda rubl bir qədər güclənib, lakin bu, Rusiya hökumətinin kapitala aqressiv nəzarət siyasətinin və idxalın kəskin azalmasının nəticəsidir. Bu durum, uzunmüddətli perspektivdə Rusiya iqtisadiyyatını daha da zəiflədəcək (rublun həddindən artıq möhkəmlənməsi Rusiyadakı ixracatçılar üçün sərfəli deyil və artıq, razılaşmaların pozulmasından qıcıqlanan Qərb hökumətləri, enerji resursları üçün alternativ tədarükçü axtarışını daha da intensivləşdiriblər). Çarəsiz qalan Putin neft, qaz və kömür satışının rublla həyata keçirilməsi haqqında fərman imzalayıb. Ödənişlərin Qazprom bankı vasitəsilə aparılması nəzərdə tutulur. Bu bank, SWIFT sistemi sanksiyasından təsirlənməyən iki Rusiya bankından biridir. Bütün bunlar adi rus xalqının gündəlik həyatında öz əksini necə tapır? Boş mağaza rəfləri və şəkər tozu üstündə vuruşma. Bəzi məhsulların qiyməti (xüsusilə də məişətdə istifadə olunan kimyəvi maddələr) bir neçə həftə ərzində beş dəfə artıb. Xarici xammal tədarükü çatışmazlığı səbəbindən avtomobillərin istehsalı artıq dayandırılıb. Sanksiyalar xarici məhsullardan asılı olan kənd təsərrüfatına da təsir edib. Bundan əlavə, bir çox xarici şirkət də artıq Rusiyadan çıxıb.

RUSİYA FEDERASIYASI

PENSİYA FONDU

Böhran hal-hazırda ölkənin ən kasıb təbəqəsini, pensiyaçıları və təqaüdçüləri vurmaqdadır. 30 mart 2022-ci ildə bununla bağlı bir məqalə (https://echo-ua.media/pochemu-takaya-malenkaya[1]pensiya-shokiruyushhij-otvet-sotrudnikov-pfr/)dərc edilib.

Ortaya çıxıb ki, bir çox Rusiya vətəndaşı ya ümumiyyətlə pensiya almır, ya da almalı olduğu məbləğdən xeyli aşağısını alır. Rusiya Federasiyasının Pensiya Fondunun (RFPF) işçiləri təşvişə düşmüş pensiyaçılara bu cür cavablar verir: “Sistem məbləği belə hesablayıb”; “Stajın təsdiqlənməmiş dövrləri var”; “Hamı bu qədər alır.” Bundan əlavə, 31 mart 2022-ci ildə Rusiya Federasiyasının Pensiya Fondunun (RFPF) əməkdaşlarından biri, bir neçə redaksiyaya Fondun əməkdaşlarına ünvanlanmış daxili yazışmaların ekran görüntülərini göndərib. Bu yazışmalar açıq şəkildə göstərir ki, Fondun maliyyə problemləri var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button