Sahibə Qafarovanı əsəbiləşdirən deputat üzr istədi-VİDEO

“Mən Milli Məclisin bundan əvvəlki iclasında Milli Məclisin büdcəsi ilə bağlı müzakirələrin getdiyi bir zamanda yanlış fikirlər səsləndirmişəm”.

Bunu parlamentin iclasında deputat Tahir Kərimli deyib. O bildirib ki, Milli Məclisin əməkdaşları, sürücülərinin nəinki maaşları kəsilib, əksinə, məbləğlər vaxtlı vaxtında ödənilib.

“Mənə yanlış məlumatlar verilmişdi, mən buna görə üzr istəyirəm. Mən Qarabağda yenidənqurma işləri getdiyi bir zamanda Milli Məclisin əməkdaşlarına ev, maşın verilməsi məsələsini qaldırmışdım. Mən buna görə, Milli Məclisin sədrindən, Azərbaycan xalqından üzr istəyirəm. Düşünürəm ki, cəmiyyət mənim dərsimi verdi”,-deyə T.Kərimli əlavə edib.

Qeyd edək ki, T.Kərimli Milli Məclisin noyabrın 17-də keçirilən iclasında parlament əməkdaşlarına ev, maşın verilməsi məsələsini qaldırmış, Sahibə Qafarova isə deputatın bu təklifinə sərt reaksiya vermişdi: “Siz niyə narahatsınız ki?”

Xatırladaq ki, deputat Tahir Kərimli çıxışı zamanı bildirib ki, parlamentdə uzun illər işləyən gənclər var: “Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyimiz həyalıdıır deyə belə münasibət göstərmək olmaz”.
Spiker həmkarının çıxışına sərt reaksiya verib: “Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq . Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə mən əsəbləşdim. Qaçqınlar, məcburi köçkünlər Qarabağa köçsün, onları yerləşdirəndən sonra danışarıq”.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button