
Sahibkar da, toy sahibi də cərimələndi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, Biləsuvar şəhərindəki “Zirvə” şadlıq sarayına keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
Məlumata görə, 79 nəfərə xidmət etmək üçün uyğun olan zalda 150 nəfərlik şənlik mərasiminin keçirilməsilə bağlı müvafiq portala rəsmi müraciət edilib, reallıqda isə toy mərasimi 300 nəfər iştirakçıya hesablanıb.
“Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsində bundan sonra şənlik mərasimlərinin keçirilməsinə məhdudiyyətin tətbiq olunması üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müvafiq qaydada müraciət olunub.
Xatırladaq ki, COVİD-1919 pandemiyası ilə bağlı bütün dünya ölkələri kimi Azərbaycan da məhdudiyyətlər tətbiq etmişdi. Onlardan biri də kütləvi mərasim olaraq toy şənliklərinin keçirilməməsi idi. Bu il iyulun 1-dən müəyyən şərtlərə əməl etməklə toy şənluklərinin keçirilməsinə icazə verilib. Amma şadlıq saraylarında qoyulan şərtlər pozulduğu halda həm şadlıq evi sahibinə, həm toy sahibinə maliyyə cərimələrin tətbiq edildiyi deyilir.



