“Sabah” Konfrans Liqası ilə vidalaşıb

Yayımlandı: 18 Avqust 2023 02:05

Azərbaycan klubu “Partizan”a məğlub olub

Avqustun 17-də UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycanın “Sabah” klubu da cavab matçına çıxıb. Masazır təmsilçisi Belqradda Serbiya “Partizan”ı ilə üz-üzə gəlib. Oyunun start fiti saat 23:00-da verilib.

Masazırda keçirilən ilk matçda “Sabah” rəqibini 2:0 hesabı ilə məğlub etmişdi. Belqraddakı oyunun əsas vaxtında isə “Partizan” iki cavabsız qol vurub. Bu isə qarşılaşmanın 120 dəqiqə davam etməsinə səbəb olub. Oyuna əlavə edilən yarım saatda hesab dəyişməyib. Növbəti mərhələyə yüksələcək komandanın adına aydınlıq gətirmək üçün penalti seriyasına ehtiyac duyulub. Penalti zərbələrində daha dəqiq olan (5:4) “Partizan” Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib. “Sabah” isə bu turnirdə mübarizəni dayandırıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button