
Saatlıda etirazla bağlı 3 nəfərin həbs edildiyi deyilir
Saatlı rayonunda dünən, martın 13-də keçirilən etiraz aksiyasının üç iştirakçısının inzibati qaydada həbs edildiyi bildirilir.
Yerli əhalinin “ Turan” Agentliyinə söyləməsinə görə, sakinlərdən Anar Hüseynov 20, Şıxəli Məmmədov 12, Habil Xanlarov isə 15 sutka inzibati qaydada həbs edilib.
Sakinlər əlavə ediblər ki, onlar polisə tabe olmamaqda təqsirli biliniblər.
Amma bu deyilənləri Daxili İşlər Nazirliyi və Saatlı rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.
Yerli sakinlər aksiyada saxlanan əlavə beş nəfərin isə elə martın 13-də sərbəst buraxıldığını deyirlər.



