
“Şərqi Avropada azad mətbuat” mükafatını layiqlilər alırlar
HAMBURQ: “ŞƏRQİ AVROPADA AZAD MƏTBUAT” MÜKAFATI XƏDİCƏ İSMAYILOVAYA TƏQDİM OLUNDU
Mayın 24-də Almaniyanın Hamburq şəhərində “Şərqi Avropada azad mətbuat” mükafatı laureatlara təqdim olunub. “Azadlıq” radiosu “Contact.az”a istinadla bildirir ki, qaliblər arasında azərbaycanlı jurnalist Xədicə İsmayılova da var. Xədicə İsmayılova araşdırmaçı jurnalist kimi ölkədə korrupsiya, insan hüquqlarının pozulması hallarını işıqlandırdığına görə bu mükafata layiq bilinib. Mükafatın məbləği 10 min avrodur.
“Media forum” saytı qeyd edir ki, “Şərqi Avropada azad mətbuat” mükafatını indiyədək Azərbaycandan “Turan” informasiya agentliyi (2007-ci il), “Azadlıq” qəzeti (2009), ANTV-online internet televiziyası (2010), jurnalistlər Rauf Mirqədirov (2008), Natiq Cavadlı (2009), Şahvələd Çobanoğlu (2010) və Zamin Hacı (2011) alıblar.




