“Sənədsiz evlərlə bağlı problem həllini tapacaq” – Hüquqşünas

“Şəhərsalma və Tikinti Məcəlləsi”nə edilən aəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilən, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (kupça) ilə təmin ediləcək. Bu o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa edilməsindən asılı olmayaraq, tikintisi sözügedən məcəllənin tələblərinə uyğun aparılmayan, amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə, bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək.

Mövzu ilə bağlı Bakupost.az -a danışan Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüququşünas Əliməmməd Nuriyev deyib ki, vətəndaşlara məxsus evlərin sənədləşdirilməsi və onlara hüquqi sənədlərin verilməsi çox vacibdir.
Bu, eyni zamanda ölkədə daşınmaz əmlakın tam olaraq əhatə olunmasına, əmlak vergisi şəklində dövlət büdcəsinə vəsaitlərin daxil olmasına imkan verəcək. Prosesin həlli həmçinin daşınmaz əmlak bazarının daha da təkmilləşməsinə təkan vermiş olacaq. Ən əsası da vətəndaşların mülkiyyət hüququ tanınacaq:
“Sənədsiz evlərlə bağlı Prezident tərəfindən mühüm sərəncam imzalanıb, fərman verilib. Hətta Komissiya və onun nəzdində işçi qrupu da yaradılmışdı. İqtisadiyyat nazirliyi bu sahədə müəyyən addımlar atıb, müvafiq sənədləri hazırlayıb, Nazirlər Kabineti ilə razılaşdırılıb. Hesab edirəm ki, sözügedən layihənin qəbulundan sonra problem öz həllini tapacaq. Prosesi maksimum dərəcədə sürətləndirmək və konkretləşdirmək lazımdır. Yəni sənədsiz evlərə çıxarışların verilməsinin sadələşdirilməsi yox, birmənalı həll edilməsi vacibdir. Əks halda sadələşdirmənin özü də əlavə prosedurların yaranmasına gətirib çıxara bilər”.
Ə.Nuriyev qeyd edib ki, ölkədə yüz minlərlə tikilinin sənəd yoxdur. Bu isə daşınmaz əmlak bazarının formalaşmasına və fəallaşmasına mane olur. Eyni zamanda daşınmaz əmlakın dövriyyəsi ilə bağlı xeyli vəsaitin dövlət büdcəsinə gəlməsinin qarşısını alır. Çünki bir çox vətəndaşlar mülkiyyətə malik olsa da, sənədi olmadığı üçün evini nə girov qoyula bilir, nə də digər mülki dövriyyədə iştirak edir. Halbuki o insanlar illərdir o tikililərdə yaşayır, kommunal xidmət haqqı ödəyirlər. Buş artıq onların mülkiyyəti hesab olunur:
“Hesab edirəm ki, kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlərin hər biri sənədləşdirilməlidir. Lakin həyat üçün təhlükəli ərazilərdə məskunlaşan insanları da taleyin ümidinə buraxmaq olmaz. Xüsusi bir fond yaradılmalı və mülkiyyət üzərində hüququ bərpa olunan insanlardan əldə olunan rüsumlar həmin fonda köçürülməlidir. Sənədləşmə prosesi bitdikdən sonra həmin fonda yığılan vəsaitlər hesabına kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərdə yaşayan sakinlərə evlər tikilməli, ya da həmin pullarla hazır binalardan ev alıb, o şəxslərə verilməlidir”.
Sevinc
BakuPost

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button