'Sədərək'də yenə yanğın olub

Yanvarın 8-i saat 18:20 radələrində Azərbaycan paytaxtı Bakının ən böyük ticarət mərkəzində – “Sədərək”də yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə 30 texnika və 130 yanğınsöndürən cəlb olunub.

Geniş ərazini əhatə edən yanğınla mübarizə bir neçə saata yaxın davam edib. Bir neçə ticarət obyekti, xüsusən də divar kağızı satılan mağazalar yanıb. Polis ərazini mühafizə altına alıb.

Yanğının hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir. Saat 22-yə olan məlumata görə, yanğın zamanı 3 nəfər zəhərlənib.

Son illər “Sədərək” ticarət mərkəzində bir neçə dəfə yanğın baş verib.

Sonuncu yanın ötən il iyulun 16-da olub. Onda yanğının qısa qapanmadan baş verdiyi açıqlanmış və bir sıra mağazalara ziyan dəydiyi vurğulanmışdı.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button