Sərhədlər daha 3 ay bağlı qalacaq

Yayımlandı: 11 Mart 2024 14:55

Baş nazir karantin rejiminin uzadılmasına qərar verdi

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadılıb. Sərhədlər daha üç ay, iyulun 1-dək bağlı qalıb.

Baş nazir Əli Əsədov bununla bağlı martın 11-də qərar imzalayıb.

Öncəki qərarla xüsusi karantin rejiminin müddəti aprelin 2-dək uzadılmışdı.

Koronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb. Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb. Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib. Azərbaycanda da bu virusa yoluxma sayında kəskin azalma var, lakin karantin rejimi sonlanmır.

Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər bunun COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.

Ölkə rəhbərliyi isə bununla bağlı hər hansı tutarlı açıqlama verməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button