Rza Səfərsoy da məhkəmə qarşısına çıxarılıb

Yayımlandı: 21 Fevral 2023 19:08

Partiya sədri xırda xuliqanlıqda, polisin tələbinə tabe olmamaqda ittiham olunur

Fevralın 21-də axşam saatlarında məlum olub ki, Yasamal Rayon Məhkəməsində Azərbaycanın Ləyaqətli Övladlarının Vətəni (ALÖV) Partiyasının sədri Rza Səfərsoyun məhkəməsi keçiriləcək. Onun işinə hakim Rauf Daşdəmirov baxacaq. Etiraz aksiyasında saxlanılan D-18 Hərəkatının iki fəalı kimi, Rza Səfərsoy haqqında da İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə inzibati xəta protokolu tərtib olunub.

Rza Səfərsoy da fevralın 20-də Bakı Apelyasiya Məhkəməsinin qarşısında Bəxtiyar Hacıyevə azadlıq tələbiylə keçirilən etiraz aksiyasında saxlanılanlar arasında olub. Həyat yoldaşı Təranə Səfərsoyun Meydan TV-yə verdiyi məlumata görə, bir sutka ərzində onun hara aparılması, saxlandığı yer barədə heç bir informasiya ala bilməyib:

“Daxili İşlər Nazirliyinin 102 xidmətinə 6 dəfə zəng etmişəm. Lakin heç bir məlumat verməyiblər”.

D-18 Hərəkatının fəalları Afiyəddin Məmmədov və Samir Sultanova fevralın 21-də günorta saatlarında Yasamal Rayon Məhkəməsində 30 sutka inzibati həbs cəzası kəsilib.

Onlar özlərini təqsirli bilməyiblər və qərardan apelyasiya şikayəti verəcəklər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button