
“Ruslar ukraynalılarla eyni xalq, eyni millət deyil…”
Zelenskidən şok bəyanat
Zelenskiy, rusların və ukraynalıların bir xalq olmadığını söyləyib.
Ukrayna prezidentinə görə, hər millətin öz yolu var.
xural.org TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskiy Twitter hesabında yazıb. O, Rusiya və Ukrayna xalqlarının fərqli yollara sahib olduğuna inandığını da açıqlayıb:
“Ukraynalılar və ruslar eyni xalq deyillər. Hər birimizin öz yolumuz var.” “Ancaq bir hədəf olmalıdır – müharibəni bitirmək, Ukrayna ərazilərini geri qaytarmaq. Eyni anda eyni millət olduğumuzdan danışa və ərazilərimizi işğaldan azad edə bilmərik. Ruslar ərazilərimizi ələ keçirib, Donbasdakı qırğın hələ də davam edir.”
Zelenskiy, həmçinin Kiyevin NATO və Avropa Birliyinə inteqrasiya etmək niyyətini də bir daha açıqlayıb: “NATO və Avropa Birliyi bizim tarixi seçimimizdir”. Eyni zamanda, Ukraynanın “milli maraqlarının necə təmin edəcəyini də onların öz öhdəsinə buraxır və müstəqil şəkildə seçim etmələrini məsləhət görür.” Ukrayna prezidenti son cümləsi ilə bir daha rəsmi Moskvaya barmaq silkələyib: “Bununla bağlı Rusiya Federasiyasının narahatlığı bir növ uşaq təlaşıdır”.
Rusiya Prezidenti Vladimir Putin 30 İyun Çərşənbə günü illik keçirilən birbaşa xətdə Ukraynanın Rusiyaya qarşı dost olmayan ölkələr siyahısına daxil olmadığını və Ukrayna xalqını düşmən hesab etmədiyini deyib. Prezident Ukrayna və Rus xalqlarının “bir bütöv” olduqlarını, ancaq “bugünkü Ukraynanın hazırkı rəhbərliyinin açıq şəkildə mehriban olmadığını” bəyan edib.
Putin, Zelenskinin “Ukraynaya qarşı tam xarici nəzarət altında olduğunu”, burada ölkənin həyatının əsas məsələlərinin “Kiyevdə deyil, qismən Berlin, Paris və Vaşinqtonda” həll olunduğunu deyib.
xural.org



