Rusiyaya məxsus 6 hərbi gəmi Qara dənizə yola düşüb – FOTO

Rusiyaya məxsus 6 hərbi gəmi Qara dənizə yola düşüb - FOTO
Rusiya Hərbi Dəniz Donanmasına məxsus 6 hərbi gəmi Qara dənizə yola düşüb.

Məlumatı Rusiya Müdafiə Nazirliyi (MN) yayıb.

Bildirilib ki, gəmilər qabaqcadan planlaşdırılmış hərbi dəniz təlimlərində iştirak etmək məqsədi ilə Qara dənizə gələcəklər.

Xəbərə görə, “Korolev” və “Minsk” döyüş gəmiləri artıq Bosfor boğazını keçib, “Kalininqrad”, “Pyotr Morqunov”, “Giorgi Pobedonosets” və “Oleneqorski Qornyak” gəmiləri isə fevralın 10-dək Qara dənizə daxil olacaqlar.

Qeyd edək ki, Rusiya MN ötən ay Sakit və Atlantik okeanlarındakı donanmalar da daxil olmaqla, ölkənin bütün hərbi dəniz donanmalarının yanvar və fevral aylarında təlimlər keçirəcəyini bəyan edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button