Rusiyada təyyarə yenə yaşayış binasına çırpılıb

Yayımlandı: 23 Oktyabr 2022 17:15

Hər iki pilotun həlak olduğu bildirilir

Oktyabrın 23-də Rusiyanın İrkutsk vilayətində Su-30 hərbi təyyarəsi ikimərtəbəli evin üzərinə düşüb.

Qəzaya uğrayan Su-30 təyyarəsinin sınaq uçuşunda olduğu bildirilir.

Bu barədə məlumat yayan Rusiyanın Fövqəladə Hallar Nazirliyi 2 pilotun öldüyünü qeyd edib.

“Təyyarə qəzasından sonra şəhərdə 150 ev işıqsız qalıb. Hadisə ilə bağlı prokurorluq araşdırmalara başlayıb”,-deyə nazirlik əlavə edib.

Oktyabrın 17-də hərbi təyyarənin Yeysk şəhərində yaşayış binasına çırpılması nəticəsində 13 nəfər ölmüşdü.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button