
Rusiya XİN Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edib
“Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı vəziyyətin daha da pisləşməsi ilə nəticələnəcək hərəkətlərdən çəkinməyə çağırır”.
Virtualaz.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandra Bikantova Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edərkən bildirib. Onun sözlərinə görə, Rusiya tərəfləri mövcud problemləri siyasi-diplomatik yolla həll etməyə çağırır.



