Rusiya İranın peykini orbitə çıxarıb

İran peykin elmi tədqiqat məqsədilə hazırlandığını deyir

Avqustun 9-da Rusiya raketi İranın peykini orbitə çıxarıb. Bu arada Moskvanın kosmik imkanlardan Ukraynadakı hərbi hədəflərə nəzarətdə istifadə edə biləcəyinə dair ittihamlar var.

İranın “Xəyyam” adlı peyki Moskva vaxtıyla 08:52-də Qazaxıstanın cənubundakı Baykonur Kosmodromundan Rusiyanın Soyuq raketi ilə orbitə qalxıb.

“The Washington Post” qəzeti ötən həftə yazırdı ki, ABŞ rəsmiləri Rusiya ilə İran arasında yenicə başlayan kosmik əməkdaşlıqdan narahatdır, onlar qorxurlar ki, bu peyk nəinki Rusiyaya Ukraynaya kömək edəcək, həmçinin İranın İsrail və Yazın Şərqdə potensial hərbi hədəfləri izləməsi üçün “görünməmiş imkanlar” açacaq.

İran peykin elmi tədqiqat, o cümlədən kənd təsərrüfatı məqsədilə radiasiya və ətraf mühitin monitorinqi üçün hazırlandığını, onun topladığı informasiyaya digər ölkənin çıxışının olmayacağını deyir.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan İranla münasibətləri dərinləşdirməyə çalışır. Ötən ay Prezident Vladimir Putin müharibənin əvvəlindən bəri keçmiş Sovet İttifaqından kənara ilk səfərini İrana edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button