Rusiya hərbçiləri Ukraynanın altı vilayətində enerji obyektlərinə hücum edib

Yayımlandı: 8 May 2024 15:00

Ukraynaya həm də “Kinjal” aeroballistik raketi ilə zərbə vurulub

Mayın 8-nə keçən gecə Rusiya qoşunları Ukraynanın enerji infrastrukturuna növbəti kütləvi hücum həyata keçirib. Zərbələr ölkənin altı vilayətinə endirilib. Bu barədə energetika naziri German Qaluşenko məlumat verib.

Qaluşenkonun sözlərinə görə, Poltava, Kirovoqrad, Zaporojye, Lvov, İvano-Frankivsk və Vinnitsa vilayətlərində elektrik enerjisi istehsalı və ötürülməsi obyektlərinə hücum edilib.

Fəsadlarla bağlı hələ tam məlumat yoxdur. Artıq energetiklər onların aradan qaldırılması üçün çalışırlar.

“Düşmən bizi kifayət qədər elektrik enerjisi istehsal etmək və ötürmək imkanından məhrum etmək istəyir”, -deyən nazir ukraynalıları xüsusilə səhər və axşam elektrik enerjisindən ehtiyatla istifadə etməyə çağırıb.

Ukraynaya həm də “Kinjal” aeroballistik raketi ilə zərbə vurulub.

Zaporojye və Kiyev, Lvov, İvano-Frankivsk və Vinnitsa vilayətlərindəki ayrı-ayrı yaşayış məntəqələri hücuma məruz qalıb.

“Raket hücumu 2 saat, PUA-nın hücumu 5 saat davam edib”, – məlumatda deyilir.

Raketlərin bir hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button