
Rusiya Ermənistana bu dəfə də başqa adla texnika verir
Rusiya-Ermənistan Humanitar Yardım Mərkəzi fövqəladə vəziyyətdə Ermənistana əlavə avadanlıq verəcək.
Ermənistan Fövqəladə Hallar Nazirliyi fəlakətlərə operativ reaksiya vermək və müqavimət göstərmək üçün kifayət qədər texnika ilə təchiz olunub.
Bunu Ermənistanın fövqəladə hallar nazirinin müavini Armen Pambuxçyan Sputnik Ermənistan-ın sualını cavablandırarkən deyib. “Bizim fəlakətlərə tab gətirmək üçün kifayət qədər texnika və avadanlığımız var. Lakin bu idarənin yeni texniki vasitələrlə təchiz edilməsi prosesi uzunmüddətlidir”, – deyə Pambuxçyan izah edib.
Onun sözlərinə görə, Rusiya-Ermənistan Humanitar Yardım Mərkəzi fövqəladə hallar zamanı əlavə avadanlıq verməyə hazır olan yardımçı strukturdur.



