Rusiya Baş konsulluğunda bomba həyəcanı

Ukraynanın Odessa şəhərində Rusiya Baş konsulluğunun yerləşdiyi ərazidə gün ərzində iki bomba həyəcanı qeydə alınıb.

Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli polisinin regional idarəsi məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 14.40-da Rusiya Baş konsulluğunun binasının yaxınlığında bomba qoyulduğu barədə 102-yə anonim zəng daxil olub.

Hadisə yerinə mütəxəssislər göndərilib. Axtarışlardan sonra heç bir partlayıcı maddə aşkar edilməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button