Rusiya Azərbaycandakı səfirini dəyişir

Rusiya Azərbaycana yeni səfir təyin edib. Bununla bağlı iyunun 14-də Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərmanla bu vəzifəyə Mixail Yevdokimov təyin edilib. Bu təyinata qədər M.Yevdokimov Rusiya Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri üzrə Birinci departamentinin direktoru olub.

Ondan öncə Rusiyanın Azərbaycandakı səfiri postunu Mixail Boçarnikov tutub. O, bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button