Rus sülhməramlıları daha uzun müddətə Qarabağda qala bilər?!

Rusiya səfiri sülhməramlıların Qarabağda qeyri-müəyyən müddətə qalması ilə bağlı danışıb: Həyat göstərəcək

Qarabağda atəşkəs rejiminə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiyanın minlərlə sülhməramlı kontingenti yerləşdirilib. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda keçirilən “Yeni nəsil” proqramının məzunlarının yubiley görüşündən sonra jurnalistlərə bildirib ki, Rusiya sülhməramlılarının olması Qarabağda insanların təhlükəsizlik hissi ilə yaşamasının təmin edilməsinə mühüm töhfədir.

Sergey Kopırkin bu sözləri Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur İnkişafı Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən 8-ci Ermənistan-Rusiya Regionlararası Forumunda (19 oktyabr 2021-ci il) deyib.

Məsələ ondadır ki, müvafiq sənədə əsasən Rusiya sülhməramlıları 5 il müddətinə Qarabağa yerləşdirilib. Bu günlər Qarabağın “dövlət naziri” Artak Beqlaryan Rusiya kontingentinin qeyri-müəyyən müddətə Azərbaycan torpağında qalmasının zəruriliyinin vacibliyini qeyd edib:
“Razılaşmalar var və bizim sülhməramlı kontingentimizin fəaliyyəti var ki, bu da həqiqətən insanların bu regionda təhlükəsizlik hissi və gələcəyə baxışı ilə yaşamasını təmin etməyə, ermənilərin bu çətin vəziyyətdə pozitiv yaşamasına mühüm töhfə verir. Bu, həqiqətən də ciddi və mühüm sülh və sülh amilidir”, – deyə diplomat bildirib.

Tərəflərin gələcək hərəkətləri və sülhməramlıların qeyri-müəyyən müddətdə Qarabağda qalmasının mümkünlüyü barədə danışaraq qeyd edib: “Həyat göstərəcək”.
Qeyd edək ki, 2020-ci il noyabrın 9-da Rusiya, Ermənistan və Azərbaycan dövlət başçıları – Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev Qarabağda atəşkəslə bağlı birgə bəyanat qəbul ediblər. Atəşkəs rejiminə və hərbi əməliyyatlara nəzarət etmək məqsədilə Qarabağın münaqişəsi zonasına Rusiyanın 1960 nəfərlik sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikasının yerləşdirilməsi üçün razılıq əldə olunub. Bu razılığı əsas yutan Rusiya Azərbaycanın Qarabağ bölgəsinə küllü sayda hərbi kontingent, xüsusi zirehli texnika yerləşdirməyə müvəffəq olub. Bununla da bağlanmış sazişin müddəalarını pozub,

Azərbaycanda yerləşdirildiyi gündən erməni terrorçularına (Azərbaycan hərbçiləri dəfələrlə erməni terrorçularını əsir götürüb və onlar “mina xəritələri”nin verilməsi müqabilində rus hərbçilərinə, onlar da ermənilərə qaytarıb) imkan yaradıb, Qarabağda rus siyasəti apararaq, erməni və ermənipərəstlərə xüsusi abidələr, kilsə açıb. Göründüyü qədər ruslar Azərbaycan torpaqlarında müqavilədə nəzərdə tutuduğu kimi 5 il müddətinə deyil, daha uzun müddətə qlmaq niyyətindədirlər ki,  Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu mövzuya toxunan zaman rəsmi Bakını pərdəarxasında saxladığını düşünərək, “Həyat göstərəcək”, – deyib.

Yeri gəlmişkən, bu gün rus sülhməramlılarının ölkəmizdən dəf olub, getməsinə 1427 gün qalıb.

Xural.com

mənbə

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button