“ROYALBANK”ın “çirkli pulları” yuma əməliyyatı

Bu əməliyyatdan imtina edən və Əli Cam tərəfindən həbs etdirilən adamlar bəraət qazanacaqlarmı?

Xəbər verildiyi kimi Mərkəzi Bank “Royal Bank” ASC-nin lisenziyasını ləğv edib. Mərkəzi Bank bu barədə qərarını “Royal Bank”ın məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirməməsi, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişləri yerinə yetirməməsilə əsaslandırıb.

Lakin banka lisenziya verilməməsinin səbəbləri barədə başqa məlumatlar dolaşır. Həmin məlumatlara görə “Royal Bank” əslində Iranla ilişgilərinin güdazına gedib. Məsələ burasındadır ki, Iranın çirkli pullarının “Royal Bank”da “yuyulması” barədə məlumatlar var. Bu barədə hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bəhs olunurdu. Digər tərəfdən bir müddət əvvəl “Azadlıq” məlumat yaymışdı ki, “Royal Bank” 100 min kart istehsal edib. Həmin kartlar Iran vətəndaşlarına verilib. Məsələdən xəbər tutan Qərb ölkələri dərhal bu barədə Azərbaycan hakimiyyətindən izahat tələb ediblər. Prezidentin tapşırığı ilə məsələnin araşdırılması Milli Təhlükəsizlik Nazirliyinə tapşırılıb. MTN-in apardığı araşdırmalar nəticəsində bəlli olub ki, “Royal Bank” Irandakı çirkli pulların yuyulmasında əsas vasitədir. Digər tərəfdən bu bankın rəhbərliyində təmsil olunan Əli Cam adlı Iran vətəndaşı qaranlıq işlərlə məşğuldur. Görünür, bankın qapadılması ilə problemin birdəfəlik həll olunması qərara alınıb.

Beləliklə, göründüyü kimi “Royal Bank”la bağlı bütün məlumatlar Mərkzi Bankın əsaslandırmasını şübhə altına alır.

xural.org -a “ROYAL BANK” ASC-nin “Xəzər”filialının hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan rəhbəri Rinad Məmmədov bankın rəhbərliyində təmsil olunan Əli Camın “maxinasiyaları” ilə bağlı şok açıqlama verib.

Beləliklə, Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkəmə məsuliyyətinə cəlb edilmiş Məmmədov Rinad Eldar oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsindəki ifadəsinin yazılı mətnini oxuculara təqdim edirik.

Hörmətli, məhkəmə kollegiyası!
Hörmətli dovlət ittihamçısı!
Hörmətli proses iştirakçıları!

Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi birinci dərəcəli hüquqşunas Həmzətov Kazım Həmzət oğlunun icratında olan 99625 Noli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 193-1.3.2-ci maddələri ilə təqsirli bilinərək məhkəmə məsuliyyətinə verilmişəm və 19 sentyabr 2011-ci il tarixində hal-hazıra kimi həbsdəyəm.
Hazırki mərhələdə mənə elan edilmiş ittiham üzrə özümü təqsirli bilmirəm.
Hörmətli məhkəmə!
Öncədən bildirirəm ki, əvvəllər istintaqda verdiyim ifadələrimi təkzib edirəm, təstiq etmirəm.
Barəmdə olan cinayət işi üzrə aparılmış naqis və savatsız istintaqın nöqsanlarını öz çıxışımda göstərməklə əsaslandırmağa çalışacağam.
Belə ki, ifadəmin alınması zamanı mənim səhhətimdə sinir gərinliyi ilə əlaqədar sıxıntılar var idi. Həmin vaxtı özümdə müalicə altında idim, həyəcan keçirtmişəm və özümdə olmamışam. Bundan başqa isə, istintaqda ifadəmi verdiyim vaxt mən işdən kənarlaşmağımın üstündən iki ildən artıq vaxt keçmişdi. Verdiyim ifadələrdə xatırladığım bir çox şey olmuşdu. Bundan başqa, iş materialları ilə tanış olduğum zaman, mənə məlumm olmuşdur ki, mən səhhətimin pis olduğundan ifadələrimdə bəzi halları deməmişəm, səhv verdiyim ifadələr olub və öz ürəyimə mənə aid olmayan məsələlər çəkmişəm. Belə ki, rəhbərlik etdiyim “ROYAL BANK” ASC-nin “Xəzər”filialında verilmiş kreditlərdə, sənədlərin bank qaydalarına görə minimum kredit sənədləri götürüldü. Sonradan “Royal Bank” ASC-də yoxlamalar aparıldı. Bu yoxlamalar zamanı baş bank tərəfindən tapşırıldı ki, iş yerindən arayışlar olmayan kredit sənədlərinin içinə arayışlar əlavə olunsun. Bu işdə mən heç bir təmənna olmadan, maddi maraq güdmədən belə arayışları təsisçi olduğum şirkətlərdən ora qoydum, ancaq istintaq araşdırılmasında kredit sənədlərinin içində olmağı məndən olmamış. Yəni ki, kredit sənədlərinin içinə öz şirkətlərimdən savayı şirkətlərdən arayış qoymamışam. Heç kəsdən də bu məqsəd üçün xahiş etməmişəm.
Mən işlədiyim dövrdə müxtəlif idarə və təşkilatlarla kommersiya əlaqələri qurulmuş bankın kredit portfelini qənaətbəxş bir vəziyyətə gətirərək banka xeyli miqdarda gəlir gətirilməsində fəal iştirak etmişəm.
İşlədiyim dövrdə bankın rəhbərliyi ilə o cümlədən, Əli Camla, Novruzov Cəmşidlə, Azər Şaxmərdanovla, Zaur Fərzəliyevlə, Samir Əkbərovla və sonradan da Famil Teymurov və qeyriləri ilə normal münasibətdə olmuşam. Bank mənə mütamadi olaraq şifahi rəşəkkülrə bildirmiş və müşavirələrin çoxunda mən nümunəvi bank inzibatçısı və rəhbəri kimi digərlərinə örnək göstərmişəm.
Bundan başqa 2009-cu il sentyabr, oktyabr aylarında hətta mənə yazılı şəkildə xasiyyətnamə də təqdim etmişdilər.
“ROYAL BANK” ASC-nin sifarişi ilə aparılmış istintaqın yol verdiyi səhvləri nəzərinizə çatdırmaqla onların aradan qaldırılması üçün köməklik göstərəcəyimi SİZƏ BİLDİRİRƏM.
İbtidai istintaqı həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi, I dərəcəli hüquqşunas Həmzətov Kazım Həmzət oğlunun müsahibatlıq işlərindən məlumatının olmaması son nəticədə onun çıxarılmaz bir vəziyyətə saldı və o hətta, işdən canını qurtarmaq niyyəti ilə sənədləri yarımçıq şəkildə tikərək işi məhkəməyə göndərib, öz canını bu bəladan qurtarmağa çalışdı.
Lakin istintaq zamanı buraxılmış nöqsanlar artıq işin hansı məcrada aparılmasına bilavasitə sübutdur. Həmin nöqsanlar öz çıxışım və işdə olan sübutlarla Sizin diqqətinizə çatdırmaq istəyirəm.
Çıxışımın əsas hissəsinə keçməzdən əvvəl bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Artıq mən “ROYAL BANK” ASC-nin “rəhbərliyi altında fəlakətə gəlmiş” 15-ci filial müdiriyəm. Məndən əvvəl “ROYAL BANK” ASC-nin sədri 15-ci filial rəhbərini müxtəlif üsul və vasitələrlə hüquq dili ilə desək “CƏMİYYƏTDƏN TƏCRİD EDİB” və həbsxanalara yola salmışdır.
Bu gün mən həmin bu hiyləgarın növbəti qurbanlarından biri olmalıyam.
Diqqətinizə çatdırım ki, mən Məmmədov Rinad Eldar oğlu 27.11.1982-ci ildə ziyalı ailəsində Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuşam, orta məktəbi bitirdikdən sonra, “QƏRB UNİVERSİTETİ”-nin Beynalxalq İqtisadi Münasibələr fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra bir neçə özəl bankda çalışmışam.
2006-cı ildə Azərbaycan Respublikasının Milli (Mərkəzi) Bankının inzibatçılarının Dövlət Komisiyasından bank inzibatçı kimi keçmişəm və Kredo Bank ASC-nin müdiri vəzifəsinəm təyin edilmişəm.
2009-cu ildə Rusiya Federasiyasında Moskva Dövlət iqtisadiyat, stastika və informatika institutunda elmlər namizədi kimi ali təhsil dərəcəmi artırmışam.
Kredobank ASC-nin filial müdiri olduğum zaman, təxminən 2007-ci il mart – aprel aylarında Röyal Bank ASC-nin müşahidə şurasını sədri və əsas səhmdarı olan Əli Cam tərəfindən görüşə dəvət almışdım. Gənc inzibatçı, yaxşı və təcrübəli mütəxəssis olmağımdan xəbərdar olduğunu söyləyən Əli Cam, Royal Bank ASC-nin inkişaf etdirmək məqsədilə yeni bir filialın açılmasına ehtiyac olduğunu, mənim gələcəkdə həmin filialın müdri vəzifəsində çalışmaqla onunla iş birliyi qurmağımı təklif etdi.
Filialın açılması və gələcəkdə fəaliyyəti, lazımi şəraiti və əlverişli şərtlər altında işləməsini Əli Cam “Röyal Bank”-ın simasında öz üzərinə götürdü. Filialın fəaliyyəti üçün yararlı yerdə ofis tapıb, həmin sahəni bank standartlarına cavab verən vəziyyətə gətirmək, yəni banka uyğun təmir-tikinti rekonstruksiya olması, təhlükəsizlik-mühafizə sisteminin qurulması, bank üçün lazımi mebel və avadanlıqların alınması, quraşdırılması, bank mütəxəssilərinin işə cəlb edilməsi, vəsaitin (əmanətlərin) və hüquqi şəxslərin cəlb edilməsi və bununla bağlı iş və xərclərin mən Məmmədov Rinad Eldar oğlunun şəxsi pulu hesabına olmaqla çəkilən xərclərin isə filial fəaliyyətə başlayandan etibarən hissə-hissə o və ya onun şəxsi hesabından mənə ödəniləcəyini bildirmişdi.
Əli Cam və onun ətrafı ilə görüldükdən sonra qanuna müvafiq lisensiya alıb fəaliyətə başlamağıma razılaşdıq.
Mən müxtəlif insanların köməyi ilə Tiblisi prospektində yerləşən qeyri yaşayış sahəsini tapıb bank rəhbərliyinə göstərdikdən sonra şəxsi vəsaitim (bir neçə nəfərdən borc götürməklə) hesabıma yeri razılaşdığım kimi bank üçün yararlı vəziyyətə salıb fəaliyyətimə 2008-ci ilin fevral ayında başlamışam. Həmin tarixdən 2008-ci ilin aprel ayına qədər filialın fəaliyyət göstərməsi üçün mən 400. 000 manat yaxın vəsait ilə və fiziki şəxslər tərəfindən cəlb edilmiş əmanətlər hesabına filial faliyyətə başladı.
Bu söhbətimizdə həmin vaxt bir başa idarə heyətinin sədri işləyən Azər Şaxmərdanov, müşahidə şurasının üzvü Cəmşid Novruzovda iştirak etmişlər və Əli Cam filialın yaradılması işlərində mənimlə təmasda olmağı onlara tapşırmışdır. Filial üçün yar axtararkən Azər Şahmədanovla bir meçə yerə baxış keçirmişik. 2007-ci ilin sentyabr ayında hazırda Tblisi prospekti, 43 Noli ünvanda yerləşən binanın 200 kv. metr sahənin tərəfimdən filial açılması üçün icarəyə götülməsi barədə Cəmşidlə birlikdə qərar verdik. Oktyabr – noyabr aylarında filial hələ fəaliyyət göstərmədiyi üçün bankın idarə heyyətinin sədri Zaur Fərzəliyevlə yerin sahibi Camalov Ağarəsul arasındakı icarə üqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə, hər ayda yerin sahibinə 1750 manat ödəməli idi. 2007-ci ilin oktyabr ayından başlayaraq 2008-ci ilin yanvar ayına kimi icarə haqqını mən şəxsi vəsaitlərim hesabına Ağarəsul Camalova ödəmişəm. 2008-ci ilin fevral ayının 17-də filiala lisenziya alındı, Fevral – mart aylarının icarə haqqını da mən şəxsən A.Camalova vermişəm. Sonra isə A.Camalovun filialda olan hesabına rəsmənmədaxil edilmişdir. 2007-ci ilin sentyabr ayının ortalarından 2008-ci ilin yanvar ayının axırınadək filial binasında tikinti – təmir işləri aparmışam, sonradan da təmir işləri görülmüşdür. Binanın təmiri şəxsi vəsaitlərim hesabına təxminən 250-300 min manat pul xərcləmişəm,bunda başqa, filial üçün mebel, kompyuter və sair 50 min manat dəyərində avadanlığı özüm borca almışam. Filial açıldıqdan sonra təxminən 4-5 ay sonra avadanlıq və mebel dəyəri filialdan hesablardan hissə-hissə köçürmə vasitələ ödənilmişdir.Texniki avdanlığı “Bestkom” şirkətindən almışdıq, mən, Cəmşid orada işləyən Tərlan adlı oğlanla əlaqə saxlamışdıq. Mebeli Atatürkprospektində yerləşən “Zvella” mebel salonundan və Keşlədə yerləşən “Tac inşaatın” ın mebel sexindən almışdıq. Təmir-tikinti işlərinin aparılmasına filiallar üzrə nəzarət departamentinin müdiri Ceyhun Şixəliyev nəzarət etmişdir. Qeyd etdiyim kimi , Əli Camla razılaşmışdıq ki, mən çəkdiyim xərcləri ödənilməsi üçün şərait yaradacaqdır.
Dəqiqləşdirərək bildirmək istəyirəm ki, filialın açılması üçün Əli Camla razılığımısdan sonra filial üçün yer axtarışı ilə mnimlə birlikdə Əliyev Rasif və Kərimov Ramin məşğul olmuşlar. Bəzi hallarda mənim iştirakım olmadan Azər Şahmərdanov Rasif və Raminlə birlikdə yerə baxış keçirmişlər. Tblisi prospekti, 43 Noli ünvanda yerləşən yerin filial üçün götürülməsinə icazə isə Zaur Fərzəliyev tərəfindən verimişdir, bu səbəb isə həmin yerin götürülməsində Zaurun həmyerlisi və sinif yoldaşı Xəyal adlı şəxsin vasitəçilik etməsi olmuşdur.
Sonradan isə filial təmirə başlanan gündən etibarən 2008-ci ilin noyabr ayına qədər olan müddətdə icarə haqqı kimi mənim tərəfimdən qeyri-rəsmi olaraq 2500 ABŞ dollar pulun yerin sahibi olan Ağarəsul adlı şəxsə ödənilsə də, rəsmi icarə haqqı təxminən 1200 manat kimi göstərilmişdir. Rəsmi müqavilədə icarə haqqının az yazılması barədə Cəmşid Novruzov və Əli Cam tərəfindən, yeni yaranmış filialın rəsmi xərclərinin azadılmasından ötrü göstəriş verilmişdir, rəsmi məbləğlə qeyri-rəsmi məbləğ arasında olan fərq pulunu mən öz vəsaitimlə ödəmişəm. Təxminən 2008-ci ilin noyabr ayından sonra icarə müqaviləsi dəyişilərək, faktiki ödənilən məbləğ rəsmiyyətə salınmışdır. Filial açılandan bir neçə aya sonra icarə üçün çəkdiyim xərclərin bir-iki ayını baş bankın razılığı ilə məxaric edərək götürmüşəm. Filialın bilavasitə təmiri üçün tərəfimdən çəkilən xərc 250-300 min manat təşkil etsədə, filiala avadanlıq, mebel və s. alınması üçün əlavə xərc də çəkmişəm. Əli Camla razılaşmışdıq ki, filialın müstəqil fəaliyyət görtərməsi üçün mənə lazimı şərait yaradacaq, filialın işlərinə heç birmüdaxilə etməyəcəkdir. Lakin sonra filial üçün qeyri-rəsmi olaraq borc alınmış mebel və s. avadanlıqların xərci bank tərəfindən satıcılara ödənilsə də, təmir xərclərini mənə ödənilməsinə icazə verilməmişdir. Əli Cam mənə vəd etmişdir ki, pulu mənə ya bankdan məxaric etməklə qaytaracaq və yaxud özü şəxsi vəsaitləri hesabına ödəniləcəkdir. Sonradan o, yəni Əli Cam razılığımızdan kənarlaşmaqla filialın fəaliyyətinə daxil etməklə başladı.
Belə ki, həmin dövrdə mənim tərəfimdən rəhbərlik etdiyim filiala vəsaitlərin cəlb edilməsi məqsədi ilə Respublikada fəaliyyət göstərən (məsələn, “BANK MİLLİ İRANLA” aparılmış danışıqlar zamanı cəlb edilməsi vəsaitin qəbul edilməsi üçün təqdim edilmiş ikitərəfli razılaşmaya dair depozit müqaviləsi) müqaviləni işçim olan İftixar Həsənov aparıb baş ofisə təqdim etsə də, onlar həmin müqavilənin təsdiq edilməsi məsələsini güya 15 günə yaxın müddət ərzində müzakirə etmişlər və son nəticədə imzalamaqdan heç bir səbəb göstərilmədən imtina etmişlər. Sonradan mənim təkidimlə aparılan çoxsaylı müzakirədən sonra onlar saxta bir bəhanə gətirməklə GÜYA FAİZLƏRİN YÜKSƏK OLMASINI İSRARLA QEYD ETMİŞLƏR. Əslində isə BANK MİLLİ İRAN həmin depoziti BAŞ ofisə 15-16%-lə verdiyi əvvəlki hallardan fərqli olaraq mənim rəhbərlik etdiyim filiala 13-14% verilməsini razılaşdırılmışdır.
Bununla onlar filialın hesabına 300.000 AVRO MƏBLƏĞİNDƏ pulun gətirilməsinə maniəçilik etdilər.
Eyni zamanda filial tərəfindən fiziki və bank olmayan hüquqi şəxslərdən əmanətlərin cəlb olunmasında, cəlb olunmuş vəsaitlərə görə bonusların verilməsində qaydalar qoyuldu.
Bundan başqa, kreditlər verilərkən əvvəllər, yəni filial fəaliyyətə başlayandan təxminən 5-6 ay müddətində 5000 (beş min) manat istehlak (təyinatlı və təyinatsız) kreditləri razılıqsız verilsədə, sonradan təxminən iyun-iyul aylarından etibarən baş idarə tərəfindən xüsusi razılıq əsasında (sərəncamla) verilirdi.
Həmin kreditlərin tərkibinə avtomobil girova qoyulmaqla və ya qoyulmamalı avtomobilin alınması üçün suda növüdə aid idi.
Bundan başqa, hazırda elektron dövran adlandırdığımız bir zamandır, dünya üzrə iqtisadi-maliyyə və digər bu kimi mühüm sahələrdə elektron inkişafı gedir. Banklar isə öz növbəsində iqtisadi inkişaf və beynalxalq əlaqələrin inkişafında aparıcı sahələrdəndir. Aralarında olan rərəqabət özünü gözə carpan dərəcədə əks etdirir. Azərbaycan banklarının sayı 45-dən çoxdur. Rəqabət bazarında olduqca fəaldır.
Belə ki, filialda öz dövriyyəsini etməsi üçün öz dövriyyəsinicəlb etdiyimiz müəssələrə bu şərtlər idi ki, onlar öz hesablarında faks, internet vasitəsi ilə sifariş edib köçürsünlər. Pulun çıxarılması, köçürülməsi, gələcəkdə isə etdiyi dövriyyəyə görə təmini, kreditlər üzrə faiz dərəcələrinin əlverişli, yəni 22-23 % dən çox olmaqla və xəzinə əməliyyatı üzrə xidmət haqqı razıladığımız kimi olur və s. kimi bank əməliyyatları.
Lakin Baş ofis beş aydan sonra bu məsələlərin yəni Əli Camla mənim aramızda olan razılaşma qarşılığını aldı.
Ümumiyyətlə, Royal Bank öz inkişaproqramını bu cür həyata keçirir. O belə şərtlər ilə razılaşır və sonradan belə bir hala salırlar.
Əvvəl qeyd etdiklərim nəticəsində mən Royal bankın tam nəzarətçisi və müşahidə şurasının üzvü Əli Camın sağ əli Cəmşidlə tez-tez görüşürdüm. Sonu isə belə oldu ki, o Əli ilə birlikdə mənə bildirdi ki, bizim bankda belə şərtlər altında fəaliyyət göstərmək üçün bankın özünün rəhbər işçilərindən bir kəs filiala şərik qoyulur. Bizim sənə təqdim etdiyimiz şəxs İdarə Heyyətinin sədr müavini kimi təyin olunmuş Samir Əkbərovdur.
Belə olarsa sənə işləmək üçün razılaşdığımız şərtlərə şərait yaradarıq. Dedilər ki, o da qazana bilsin. Məni razı olmağa məcbur edən filiala qoyulmuş xərcin götürülməsi idi. Çünki mən ora o zaman 300 000 manatdan artıq vəsait xərcləmişdim.
Və ilk addım kimi 2008-ci ilin aprel ayında filiala Samir Əkbərovumənə şərik olaraq göndərdi. Samir Ə. şərikliyi filialın gəlirindən asılı olaraq 15%-20% təşkil edirdi. (Mənfəətdən: hesab nömrəsi olan: 5501) . Bundan sonra banka verilən bütün kreditlərə Samir Əkbərov nəzarət edərək, filialı idarə etməyə başladı.
Bir müddət iş normal getsə də, sonradan filialda mənə problemlər veriliş kreditlərin verilməsinə məcbur etmək, işçi heyyətinin dəyişdirilməsi, əlavə ştatların açılması, filialın fəaliyyətinin tez-tez dayandırılması, nəğd vəsaitinin müştərilərə inkosasiyasında problemlərin yaranması və s. hallar.
Mövcud olmuş prosedur qaydalarına görə, kredit almaq istəyən müştəri ən əvvəl kredit şöbəsinin əməkdaşına-mütəxəssisə, yaxud şöbə rəisinə yaxınlaşıb, onunla ilkin sorğu aparılıb, müştəri kreditin alınmasına dair ərizə ilə bankın rəhbərinin adına müraciət edib, ərizəyə kreditin verilməsinin müvafiq olaraq sənədləşdirilməsi haqqında dərkanar qoymuşam. Kredit şöbəsi tərəfindən sorğu əsasında müştərinin adından kredit sifarişi tərtib olunub və bu sifariş kreditin məbləğindən asılı olmayaraq filial tərəfindən baş bankın kredit departamentinə və yaxud kredit komitəsinə göndərilib, kredit barədə məlumat verilir. Kredit ayrılmasına baş bank tərəfindən icazə verilərsə filial krediti sənədləşdirib. İcazə ilə bağlı “RoyalBank” da istifadə olunan “Proqress” komyuter sistemində daxil olması üçün xüsusi kod tələb olunan bölmədə kredit departamentinin direktoru tərəfindən icazə işarəsi qoyulurdu. Həftədə bir neçə dəfə kredit komitəsi tərəfindən hazırlanmış rəylər, yəni kreditin verilməsinıə razılıq sənədləri filiala göndərilirdi. Komyuter sistemində kredit komitəsinin razılığı alındıqdan sonra bankda kredit şöbəsinin əməkdaşı tərfindən kredit müqaviləsi, girov müqaviləsi, iltizam, müddətli öhdəlik, öhdəçilik ərizəsi hazırlanır, sərəncam yazılaraq icra olunması üçün əməliyyat şöbəsinin əməkdaşlarına verilirdi. Əməliyyatçı tərəfindən müştəriyə ssuda hesabı, faiz hesabı, cari hesab və vaxtı keçmiş kredit üzrə hesab açılırdı, müştəriyə imza nümunəsi vərəqəsinə imza etdirilirdi. Mühasib həmin sənədlərin düzgünlüyünü yoxlayaraq nöqsanları aradan qaldırır, imzası iə təsdiq edilirdi. Bütün sənədləri hazırlandıqdan sonra əməlyyatçı tərəfindən xəzinə məxaric orderi çap olunaraq özü, mühasibə və filial müdiri tərəfindən imzalanaraq müştəriyə verilirdi. Əslində müştəriyə orderdə xəzinədar imzalatdırmalıdır, lakin bir çox hallarda müştəri əməliyyatçının yanında imzalanmış orderlə kassaya yaxınlaşırdı. Xəzinədar müştərinn şəxsiyyət vəsiqəsini əsasən onun kimliyini, sənədlərində düzgünlüyünü yoxlayaraq siğorta haqqı, kredit verilməsinə görə komissaya (adətən 1 faiz), hesabın açılmasına görə haqq saxlanıldıqdan sonra qalan vəsaiti müştəriyə verirdi. Müştəriyə xəzinədar tərəfindən kassa məxaric orderinin qəzbi verilirdi, bəzi hallarda müştəriyə həmçinin qeyd olunan xərclərin ödənilməsi haqqında mədaxil orderi də verilmişdir. Xəzinədarın pulu müştərinin özündən başqa digər hər hansı şəxsə pulu verməyə haqqı yoxdur. Ümumiyyətlə, işlədiyim müddətdə müştərilərə hər hansı kredit verilərkən, adətən, girov müqaviləsi tərtib edilmişdir. Vətəndaşa kreditlə bağlı sənədləri kredit və əməliyyat şöbələrinin əməkdaşları hazırlamış, kreditin verilib-verilməməsi barədə qərarı kredit komitəsinə vermişdir. Bütün sənədlər hazır olduqdan sonra filial müdiri kimi kredit müqaviləsi, girov müqaviləsi, bankın hesab müqaviləsi və digər sənədləri imzalayaraq möhürlə təsdiq etmişəm,kreditin veriləsi prosesində müştəri ilə təmasda olmamışam.
Hər iş gününün axrında kassaya mədaxil və məxaric olunan pul vəsaitlərini balansı proqramda çap olunurdu və kassada saxlanılaraq ardıcıl düzülürdü. Hər gün mənim və mühasib tərəfindən kassada olan nəğd pul vəsaitlərin, kassa kitabı yoxlanılıb, kitabda imza eşitmişik. Yəni gündəlik assaya mədaxil və müxaric olunan pul vəsaitlərindən dəqiqi məlumatım olub.
Müştərinin məlumatı olmadan onun adına kredit sənədlərinin rəsmiləşdirilməsi halları olmamışdır. Mən müştərinin adına rəsmiləşdirilmiş kredit məbləğini götürməmişəm, diğər əməkdaşların belə hallara yol verməsi haqqında məlumatım olmamışdır və olsaydı belə hal xəbərim olardı. Müştərinin pul vəsaitinin bir hissənin saxlanılması halarıda olmamışdır.
Artıq Samir Əkbərov filiala Əli Cam tərəfindən şərik qismətində təyin olunandan sonra, filialın işində ciddi fərqlənmələr oldu. Belə ki, filialda əvvəl vurğulandığı çətinliklər qismən götürülsədə, başqa fəsatlar yarandı.
Bu sıxıntılar bunlar idi, filialda mənə təkid etməklə zərurəd yaranmadığı halda bank sahəsində təcrübəsi olmayan işçi heyəti götürüldü. Həmin işçi heyətinin hər biri ayrı-ayrılıqda baş bankın rəhbər işçilərinin yaxın qohumları idi. Onların içində Samir Əkbərovun yoldaşı və yarım ? xalası oğlu Ülvi Mehrəliyev, Cəmşidin qohumu Günel Göyüşova, Rasimin qızı Zaira idi. Royal Bankın öz daxili qaydalarına görə, əsas iş həcmində əməliyyat şöbəsində idi. Əməliyyat şöbəsi üzrə çalışan şəxslər hamısı Röyal bankı BAŞ ofisinin rəhbərlərinin adamları idi. Hətta əməliyyat şöbəsinə ayrılmış bir nəfər kredit mütəxəssisi üçün yer də sırf Ülvi Mehrəliyevə məxsus idi. Kredit kataloquna nəzarəti BAŞ bankın tərfindən Ülvi Mehrəliyevə həvalə edilmişdir. Onların özünə arxayın və saymazyana hərəkətləri nəticəsində filial daxilinə hətta iki tirəlikdə gözdən heç yayınmadı.
2008-2009-cu illərdə filial möhürü dəfələrlə qeyri rəsmi və rəsmi müxtəlif şəxlərə təhvil verilmiş, sənədləri mən imza etsəmdə möhür onların tərəfindən icra olunurdu. Həmin şəxslər Eldəniz Hüseynov, Sadıqov Faiq, Eldar, Elşən Bayramov və s. eyni zamanda xəzinədar da daim olaraq filialda onlar tərəfindən dəyişilərdi.
Qısa desək, Samir Əkbərov Əli Camın göstərişinə əsasən özləri istədikləri qaydada idarə etmişlər. Bundan əlavə Əli Cam sonradan filiala müşahidə şurasının üzvi Famil Teymurovu uktaru təyin etməklə, filiala Əmir Adeli adlı şəxsi şərik kimi təqdim etdi. Əmir Adelin banka gələndən bir müddət sonra mənə dedi ki, işçilərdən bir neçəsinin çıxartmaq lazımdır. Məndən soruşduqda nə üçün? O, cavab verdi ki, özümlə gətirdiyim adamları işə götürəcəyəm. Filialda onun üçün əlavə otaq icarəyə götürüldü, mebel alındı və Baş Bankın göstərişi ilə filialın bütün kredit dosyaları onun otağına yığıldı. O, əvvəl “Az Sığorta” şirkətinin müdiri olub. Ordan vəzifəsindən kənarlaşdıqdan sonra Əli Cam Əmir Adelini mənim ilə birgə fəaliyyət üçün təqdim etmişdi. Famil Teymurovun rəhbərliyi ilə dəfələrlə filialda iclas keçirilmişdi. Əmir Adeli filiala Röyal Bankın idarə heyətinin üzvi kimi təqdim olunmuşdu. (O, özü ingilis və iran vətəndaşıdır) Onun gəlişindən sonra isə, İran İslam Respublikasına, Röyal Bankın orada olan qeyri rəsmi şöbəsində pulların gizli köçürülməsini təkid edirdilər.
Başqa bir hal isə Əli am özü şəxsən mənə təkid edirdi ki, mən iran və Norveqiya ikili vətəndaşlarının adına, lakin onlar Azərbaycanlı olmadıqları halda hesab açaraq, Onlara Platinium və İnfinity Plastik kartları verməklə, onlara 100.000-150.000 ABŞ dolları kredit xətti ayırıb plastik hesabına keçirdim. Onu da qeyd edim ki, həmin kartlar müştəriyə təqdim edilməsi üçün onların depozit hesabında ən azı 50.000 AZN olmalıdı. Həmin şəxslərin adları:
1.Marandi Cavad
2.Marandi Tərminə Əli qızı
3.Aydari Peyman
4.Otero Saborido Guan Gose
5. Badid Arira Gesus
Bütün bunlara mən qəti etiraz etdim və gələcəkdə sübut kimi təqdim edəcəyimi bildiyimdən qeyd olunan vətəndaşlara dair bildirişin sürətini özümüzdə saxladım və bu gün sübut kimi sizə təqdim edirəm.
Nəticədə mən, Samir Əkbərov və başqaları ilə müsahibə etdim və baş bankın “reketləri” filiala gedərək mənim filialda olmağımdan istifadə edərək onların xahişi ilə işə təmin olunan işçilərdən başqa, diğər işçi heyəti filialdan zor tətbiq edilərək, qovmuşlar və belə bir inqilab yolu ilə filialı ələ keçirmişdilər. Onlar artıq bir sıra filiuallarımıza yürüş etmişdilər. Bu səfər ki, hədəf isə mən rəhbərlik etdiyim “Xəzər” filialı idi. Onlar filiala gəliş zamanı mən filialda yox idim. Həmin zaman mən həkimdə idim. Mənə zəng vurub dedilər ki, banka belə bir basqın olub.
Tələb ediblər ki, işçi heyətinin içində mənimlə işə gəlmiş, yəni tərəfimdən gələn işçilər filialı tək etsinlər. İşçilər onları polisin vasiətsilə müqavimət göstərmək cəhtini edəndə isə baş bankın hüquq departamentinin müdiri Fəman Hüseynov əlində həmin işçi heyətini öz hesabına qeyri-müəyyən vaxtadək məzuniyyətə çaxarıldıqlarına dair əmr ilə gəlmiş. 17 dekabr 2009-cu il tarixində faksla göndərilmiş 190 nömrəli sərəncamda, görəsən nə səbəbdən Maliyyə Departamentinin direktoru olan şəxs Faiq Sadıqbəyovun imzası yox idi. Həmin sərəncamda beş işçinin vəzifəsində müvəffəqəti kənarlaşdırılması göstərilmişdir.
Həmin şəxslər:
1.Məmədov Rinad
2.Quliyeva Tamara
3.Atakişiyev Samir
4.Quliyev Natiq
5.Əliyev Rasif
Bu adı çəkilənlərdən dörd nəfərin 2009-cu ilin aprel ayının birdən xəbərdarlıq edilmədən işdən kənarlaşdırılması haqqında əmr verilmişdir. Nədən isə bu adı çəkilən şəxslərdən biri olan Quliyev Natiqin əmri verilməmişdir. Onun adı 2011-ci ilin axırına qədər işdə saxlanılmışdır. Bu şəxlərin heç birinin əmək müqaviləsinə görə işdən çıxarılması ilə ələqadər olan məvacib ayrılıb və təqdim olunması belə həyata keçirilməmişdir. Samir Atakişiyevin əmək müqaviləsinə görə işdən çıxarılarkən sınaq müddəti bitməmişdir.

(Ardı var)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button