
Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürməyəcək
Yayımlandı: 1 Mart 2024 16:11
O, bu barədə Gəncədə keçirilən İcraiyyə Komitəsinin iclasında bildirib
AFFA-nın prezidenti Rövnəq Abdullayev aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədliyini irəli sürməyəcək.
Abdullayev bunu Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında bildirib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Rövnəq Abdullayev 2008-ci ildən AFFA prezidenti postunu tutur.



