Robert De Niro yeni filmə çəkilir

Yayımlandı: 18 Avqust 2022 15:06

Aktyor bir filmdə iki əsas obrazı canlandıracaq

Aktyor Robert De Niro qanqster dramına çəkiləcək.

O, rejissor Barri Levinsonun “Wise Guys” (“Müdrik oğlanlar”) filmində rol alacaq.

Film mafiya liderləri – Vito Cenoveze və Frank Kostellodan bəhs edir.

Aktyor filmdə eyni anda iki əsas obrazı canlandıracaq.

De Niroya kinoda uğuru 1974-cü ildə rejissor Frensis Ford Koppolanın çəkdiyi “Xaç Atası” (“The Godfather Part”) filmindəki Vito Karleoni obrazı gətirib.

Aktyor həmin filmdə sonralar mafiya başçısı olmuş Karleoninin gəncliyini canlandırıb və həmin roluna görə “Oskar” mükafatı alıb.

Robert De Niro son bir neçə ildə “The Irishman” (İrlandiyalı) və “Joker” (Coker) filmlərinə çəkilib.
Aktyorun yeni layihələri arasında rejissor Martin Skorsezenin “Killers of the Flower Moon” (“Çiçəkli Ayın Qatilləri”) filmi də var.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button