“Reuters”: “Britaniya İran və Rusiya prezidentlərini Çarlzın tacqoyma mərasiminə dəvət etməyib”

Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putin və İranın dövlət başçısı İbrahim Rəisi kral III Çarlzın tacqoyma mərasiminə dəvət göndərməyib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Putin və Rəisidən başqa, avtokratik dövlətlər sayılan Belarus, Myanma, Suriya, Əfqanıstan və Venesuela liderləri də dəvət almayıb. Maraqlıdır ki, tacqoyma mərasiminə Şimali Koreya və Nikaraquanın diplomatik nümayəndələri dəvət olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button