Reportyorlar saxlanıb, buraxıldıqlarını deyirlər

Dekabrın 4-də reportyorlar Şəhla Kərim və Aytac Məmmədlinin çəkiliş edərkən saxlandığı bildirilir.

Bu barədə əvvəlcə onların yaxınları məlumat verib.

Jurnalistlərin Azərbaycanın cənub rayonlarından biri olan Lənkəranda saxlandığı deyilir: “Onlar çəkiliş edərkən polis tərəfindən saxlanıblar. Onlardan çəkdikləri materialları silmələri tələb edilir”.

Bir qədər sonra isə Şəhla Kərim AzadlıqRadiosuna deyib ki, onları Lənkəranda vətəndaşlar arasında sorğu keçirərkən saxlayıblar: “Polislər və icra nümayəndəsi bizi Mənzil-Kommunal İstismar İdarəsinə apardılar. Bizə dedilər ki, qanunsuz fəaliyyətlə məşğulsunuz… Bildirdilər ki, vətəndaşları narahat edirsiniz, sizdən 11 şikayət daxil olub”.

O qeyd edib ki, bir müddət sonra onlar sərbəst buraxılıblar, hazırda sərbəstdirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Lənkəran rayon rəsmiləri ilə danışmaq mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button