Regionlarda nə qədər elektrik enerjisi istehlak edilir?

Yayımlandı: 13 Noyabr 2024 16:37

İşıqdan ən az istifadə edən rayon Lerikdir

Ötən il Azərbaycan üzrə orta hesabla adambaşına düşən elektrik enerjisi istehlakı 650 kVt/saat edib.

“Baku Research İnstitute” bununla bağlı infoqrafika hazırlayıb.

Bildirilir ki, ölkə üzrə elektrik enerjisi istehlakında Bakı şəhərinin payı 43.4 faizdir.

Elə Adambaşına elektrik enerjisi istehlakının ən yüksək olduğu şəhər də Bakıdır -1225.7 kVt/saat.

Adambaşına elektrik enerjisi istehlakının ən aşağı olduğu rayon  isə Lerikdir – 149.8 kVt/saat.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işğaldan azad edilmiş ərazilərində məskunlaşma tam olmadığından göstəricilər infoqrafikaya daxil edilməyib.

Naxçıvan MR üzrə istehlakın həcmi isə rayonları üzrə ayrı-ayrılıqda yox, MR üzrə ümumi verilib – 289.8 kVt/saat.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button