
Rauf Arifoğlunun seçicilərlə növbəti görüşü yanvarın 29-da baş tutacaq
35 saylı Xətai III Seçki Dairəsindən deputatlığa namizəd Rauf Arifoğlu yanvarın 29-da seçicilərlə növbəti görüşünü keçirəcək.
Xural.com xəbər verir ki, R.Arifoğlunun seçki qərargahından Musavat.com-a verilən məlumata görə, görüş Gəncə prospekti 38 ünvanında, “Şəms” mərasim zalında keçiriləcək.
Saat 19-da başlayacaq görüşə seçki dairəsinin ərazisində yaşayan bütün seçicilər dəvətlidir.



