
Rauf Arifoğludan maraqlı müsahibə: “Mənə belə zəng ola bilməz…”-VİDEO
Xəbər verildiyi kimi, sabah “Yeni Müsavat” qəzetinin ilk sayının işıq üzü görməsindən 29 il keçir. Bu hadisə SSRİ dönəmində, 1989-cu ilin noyabrında baş verib. Kustar üsulla hazırlanan, ancaq böyük tirajla xalq hərəkatının iştirakçıları arasında yayılan ilk nüsxənin çapından keçən bu 29 ildə “Yeni Müsavat” doğulan, yetkinləşən, uğurlar qazanan, adından söz etdirən bacarıqlı bir insanın ömrünü yaşayıb və yaşayır.
Bu gün artıq özündə bir neçə yaradıcı kollektivi birləşdirən media qrupuna dönən “Yeni Müsavat” qəzetinin rəhbəri Rauf Arifoğlu bu əlamətdar günlə bağlı Musavat.com saytının videokanal bölümünə müsahibə verib. Həmin müsahibədə xural.org-un baş redaktoru Əvəz Zeynallının da 3 sualı səsləndirilib. Rauf Arifoğlu suallara maraqlı cavablar verib. Verilişin aparıcısı Sevinc Telmanqızı sualları olduğu kimi səsləndirib və Əvəz Zeynallının 3 sualına verilən cavablar müsahibənin 10.20-20.15-ci dəqiqələrində əksini tapıb. Müsahibənin önəmini nəzərə alaraq, Rauf Arifoğlunun bu cavablarını xural.org təqdim edir. Ayrıca, “Yeni Müsavat”çı dostlarımızı 29 illikləri münasibətilə təbrik edirik. Qoy 30 yaşınız tamam olsun və hər il daha da müstəqil olasınız…
Xural.com



