Ramiz Novruzun vida mərasimi keçiriləcək

Yayımlandı: 21 Fevral 2023 11:40

Xalq artisti ilə “Azdrama”da vidalaşacaqlar

Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruz vəfat edib.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.

Ramiz Novruzov 1955-ci il mayın 25-də Biləsuvarda doğulub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.

1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Əməkdar, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti ilə vida mərasimi Dövlət Akademik Milli Dram Teatrında olacaq.

Ramiz Novruz yaddaşlarda “Sizi dünyalar qədər sevirdim” filmindəki Həzi Aslanov obrazı ilə qalıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button