
RAMİZ MEHDİYEVİN VİLLASINDA AXTARIŞ APARILIB
Otaqların birini 50-60 nəfərin oturması üçün zala çevirib - özünə kreslo qoydurub...

Barəsində hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətləri ilə bağlı iş açılan Prezident Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevin yaşadığı villada axtarış zamanı müstəntiqlər maraqlı mənzərənin şahidi olub.
Xural.org Gununsesi.info-ya istinadla xəbər verir ki, Ramiz Mehdiyev yaşadığı villada otaqların birini iclas salonu edib.
Belə ki, salonun başında özü üçün kreslo qoyduran Mehdiyev, 50-60 nəfərin oturması üçün oturacaqlar da qoydurub.
Bundan başqa, Mehdiyevin oturduğu masanın sağ tərəfində çıxışçılar üçün nəzərdə tutulan tribuna da qurulub.
Görünür, Ramiz Mehdiyev gizli fəaliyyətinə buradan başlayıbmış.
Amma Dövlət Təhlükəsizlik Xidmətinin onun bu məkrli planını yarımçıq qoyması səbəbindən Ramiz Mehdiyevin iclas salonu da iştirakçısız qalıb.
Xatırladaq ki, Səbail Məhkəməsinin qərarı ilə PA-nın sabiq rəhbəri barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.



