RAMİZ MEHDİYEVİN EVİNDƏN 17 MİLYON MANAT PUL ÇIXDI

Ramiz Mehdiyev 13 oktyabr 2025-ci ilədək 17.000.000 manat pul vəsaitini leqallaşdırıb

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə cinayət yolu ilə qazanılmış əmlakın leqallaşdırılması ilə bağlı verilmiş ittihamın həcmi açıqlanıb.

Xural.org “qafqazinfo”-ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı məlumatda bu barədə qeyd edilib.

Məlum olub ki, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17.000.000 manatdan artıq pul vəsaitini leqallaşdırıb.

DTX-nin yaydığı videoda keçmiş administrasiya rəhbərinin evində aparılmış əməliyyatın görüntüləri də yer alıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button