Rəsul Quliyevdən Qarabağ mitinqinə dəstək: “Bütün tərəfdarlarımı Qarabağ Komitəsinin təşkilatçılığı ilə keçiriləcək mitinqə səsləyirəm!”

Hazırda Amerikada yaşayan siyasi mühacir Rəsul Quliyev 29 sentyabr mitinqi üçün xalqa müraciət edib. Xural.com Rəsul Quliyevin Qarabağ Komitəsinin təşkilatçılığı ilə keçiriləcək mitinqinə dəstək bəyanatını təqdim edir:

“Azərbaycanın qədim tarixində ən çox Qarabağın adı çəkilir. İndi bu torpaqlarda Erməni işğalçıları at oynadır desək yanılmarıq. Bu torpaqlardan bir milyondan çox soydaşımız qovularaq didərgin salınmışdır… Minlərlə müdafiəsiz qalmış soydaşımız erməni terrorunun qurbanı olmuşdur!

Bu səbəbdən də 29 sentyabrda Qarabağın azadlığı uğrunda təşkil edilmiş mitinqə çıxmaq hər bir vətəndaşın mənəvi borcudur! Mən sizləri və bütün tərəfdarlarımı Qarabağ Komitəsinin təşkilatçılığı ilə keçirilən mitinqə səsləyirəm!

Xüsusilə sinəsinə vurub torpaqlarımızı azad etmək üçün ölümə hazıram deyənlərin hamısı mütləq orada olmalıdır!

Bütün bunların fonunda hökümət çox adamın mitinqə toplaşacağından ehtiyat edərək neytral mövqe tutmaq niyyətindədir. Bu səbəbdən də hökümətin agentləri olan bəzi partiyalar sözsüz ki, bu mitinqdə iştirak etməyəcəklər. Çünki onlara nə Qarabağ, nə demokratiya, nə də insanları azad olan Azərbaycan lazım deyil!

29 sentyabrda bu insanların kimlər olduğunun şahidi olacaqsınız…”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button