Qurban Yetirmişli: “Azərbaycanda  güclü zəlzələ olması ehtimalı yoxdur”

Yayımlandı: 6 Fevral 2023 16:12

Baş direktor deyib ki, əvvəllər inşaat işləri aparlanda da onlara müraciət edilirdi

“Türkiyədə baş vermiş zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz”.

Bu sözləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Foto: arxiv

Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycada  güclü zəlzələ olması ehtimalı yoxdur.

“2019-cu ilə qədər aparılan inşaat işlərində bizə müraciət olunurdu, lakin indi müraciət yoxdur”,-Yetirmişli söyləyib. O bildirib ki, müraciətlər olanda əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər:

“Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olunmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button