
Qurban Qurbanov millimizi bu gün baş məşqçi kimi ilk oyununa çıxarır
Bu gün futbol üzrə Azərbaycan milli komandası Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxacaq.
Hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan yığma Moldova kollektivi ilə üz-üzə gələcək.
“Mardan” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Bu, Moldova və Azərbaycan yığmaları arasında 10-cu duel olacaq. Əvvəlki qarşılaşmaların ikisində millimiz qalib gəlibsə, 3-də rəqib qələbəyə sevinib.(virtualaz.org)



