
Qudyalçay üzərində körpü çöküb
Qudyalçay üzərində yerləşən körpü sentyabrın 15-də çöküb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Turan”a bildirilib ki, 1974-cü ildə inşa edilmiş körpünün çökmə səbəbi intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları olub: “Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır”.
AAYDA-dan bildirilib ki, sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.
Xaçmaz rayon sakinləri isə “Turan”a deyiblər ki, bir avtomobil də çaya düşüb, xəsarət alanlar var. Amma bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Qudyalçay Quba və Xaçmaz rayonları ərazisində axıb Xəzər dənizinə tökülür.



