Qubad İbadoğlunun işi ilə əlaqədar saxlanan var

Son günlər sosial şəbəkələrdə Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun işi ilə əlaqədar iqtisadçı Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.

Avqustun 8-də bu məlumatı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək həbs olunaraq istintaqa təhvil verilib.

Məsələyə, hələlik, F.Qasımovun yaxınları və vəkillərindən münasibət almaq mümkün olmayıb.

F.Qasımovun Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq universitetlərində “Beynəlxalq biznes idarəçiliyi” ixtisası üzrə təhsil aldığı bildirilir. Daha sonra onun təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirdiyi deyilir. Azərbaycanda doğulan F.Qasımovun son illər Türkiyədə yaşadığı qeyd edilir.

ADR Partiyasının sədri Qubad İbadoğlu bu il iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. Q.İbadoğlu ittihamları qəbul etmir.

ADR dövlət qeydiyyatına alınmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button