Qroznı aeroportun dispeçeri: uçuşlar yalnız AZAL təyyarəsinin vurulmasından sonra qadağa edildi, Əliyev isə Kadırovla danışmaqdan imtina edib

“ВЧК-ОГПУ» teleqram kanalının dekabrın 30-da verdiyi məlumata görə, dispetçer Əli İdrisov (“Axmat” klubunun keçmiş futbolçusu) dindirilmə zamanı ifadə verib ki, təyyarə Qroznıda eniş esərkən onun hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb.

“Kover” planına gəlincə, o, bu məlumatı AZAL-ın təyyarəsinin vurulmasından 5 dəqiqə sonra alıb.

İdrisov iddia edir ki, dron hücumundan və hava hücumundan müdafiənin işindən xəbəri olmayıb. O, pilotun sözlərinə istinad edərək, təyyarə ilə insidenti quşlarla toqquşma ilə əlaqələndirib.

O, “Kover” planından tətbiq edilməsini saat 08:21-də, yəni hava gəmisinin vurulmasından  5 dəqiqə sonra xəbər tutub.

İdrisov təyyarəni “kor edən” elektron sistemlərinin işləməsindən də xəbərsiz olduğunu söylədi.

«ВЧК ОГПУ» kanalı həmçinin bildirib ki, dekabrın 20-də Qroznı hava limanı ərazisinə iki “Pantsir” hava hücumundan müdafiə sistemi yerləşdirilib. Elə onlar da dronların hücumunu dəf edib. Təyyarə vurulan zaman eyni anda üç drona atəş açılıb.

Təyyarə ilk dəfə Çeçenistanın Naur rayonu üzərində, aerodromdan 18 km aralıda olarkən vurulub.

Həmin mənbənin məlumatına görə, dekabrın 26-da Ramzan Kadırov İlham Əliyevlə danışmaq istəsə də, Azərbaycan prezidenti onunla danışmaqdan imtina edib. Bu, Kadırov qardaşı oğlunu Qroznı üzərində pilotsuz təyyarələrin “uğurlu” məhvinə görə mükafatlandırdıqdan sonra baş verib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button