
Qriqoryan: Əgər azərbaycanlılar Gorus-Qafan yolu ilə getmək istəsələr, onlardan rüsum tələb olunacaq
Xural.com xəbər verir ki, Azərbaycan vətəndaşları Gorus-Qafan yolu ilə getmək istəsələr, Ermənistan tərəfi də onlardan rüsum alacaq. Bu barədə Ermənistan hökumətinin iclasından sonra keçirilən brifinqdə Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Sputnik Armeniyaya bildirib: “Ermənistan “dəhliz prinsipinə uyğun” Azərbaycanla beynəlxalq sövdələşməyə getmək istəmirdi”.
Bundan əvvəl Qriqoryanın özü İctimai Televiziyaya müsahibəsində bildirib ki, noyabrın 11-də Azərbaycan tərəfi Gorus-Qafan avtomobil yolu hissəsində gömrük postları yaradıb.
“Azərbaycan yolun həmin hissəsinə nəzarəti hansı hüquqi əsaslarla müəyyən edib, əgər sərhədin demarkasiyası və delimitasiyası hələ aparılmayıbsa?”,- sualına Qriqoryan deyib ki, “sağlam düşüncə var”:
“Sağlam düşüncənin məntiqi Sovet dövründə mövcud olan sərhədlərdir və biz bu məntiqdən çıxış edirik. Aydındır ki, demarkasiya və delimitasiya olmayıb. Amma təxminən bizim sərhəd haqqında təsəvvürümüz var. Bunun əsası bir sərhəddir. 1920-ci illərin xəritəsi”, – Təhlükəsizlik Şurasının katibi bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 11-də Nazirlər Kabinetinin iclasında bildirib ki, Azərbaycan tərəfi noyabrın 11-də Gorus-Qafan avtomobil yolunun öz hissəsində (Eyvazlı-Çayzəmi) gömrük-keçid məntəqələri yerləşdirmək və gecə yarısından etibarən orada gömrük və pasport nəzarətini həyata keçirmək niyyətində olduğunu bəyan edib.
“Azərbaycan tərəfi güman edirdi ki, o, Naxçıvana da dəhliz prinsipi ilə yol almaq istəyir. Biz isə bu prinsip üzrə heç bir beynəlxalq sövdələşməni istəmirdik.” – Qriqoryan əlavə edib.
Gorus-Qafan yolu İrandan Ermənistana yüklərin çatdırılması üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan magistralın kiçik bir hissəsində nəzarət-buraxılış məntəqəsi quraşdıraraq, faktiki olaraq bütün yola nəzarəti ələ keçirir. Dolama yolu (Tatev-Ağvani-Kapan) var, amma dardır və yük maşınları indi onu çətinliklə keçə bilir. Qarın yağması vəziyyəti daha da ağırlaşdıra bilər.



