
Qırğızıstan Prezidenti Moskvaya getdi, amma…
Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Moskvaya gedib, lakin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar paradda iştirak etməyib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, buna səbəb onu müşayiət edən şəxslərdən iki nəfərdə koronavirusun aşkarlanması olub.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, Qırğızıstan Prezidenti, nümayəndə heyətinin üzvləri və dövlət başçısını müşayiət edən şəxslər Moskvaya gələrkən COVID-19 testindən keçiblər. İki nəfərin testi müsbət olub.
Onlardan biri Qırğızıstan Prezidenti Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sydıkov, digəri təhlükəsizlik əməkdaşıdır.
Bununla əlaqədar, S.Jeenbekov parada qatılmamaq qərarına gəlib.



