Qardaşı: Qubad İbadoğlunun səhhətində ciddi problemlər var

Yayımlandı: 26 Oktyabr 2023 17:20

Nərimanov Rayon Məhkəməsində həbsdə olan ADR sədri Qubad İbadoğlunun girov müqabilində ev dustaqlığına buraxılması üçün vəsatətinə baxılıb.

Oktyabrın 26-da vəkil Zibeydə Sadıqovanın qaldırdığı vəsatət təmin olunmayıb. Vəkil Zibeydə Sadıqova və iqtisadçının qardaşı Qalib Toğrul partiya sədrinin səhhətindəki problemlərdən danışıb.

ADR sədri Qubad İbadoğlu bu ilin iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Avqustun sonunda ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Hüquq-mühafizə orqanları İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

İqtisadçı ittihamı qəbul etmir, məhkəmədə onu “saxta” adlandırıb. Beynəlxalq İnsan Haqları təşkilatları Qubad İbadoğlunu siyasi məhbus sayır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button