Qarabağda müharibənin başlaması ilə bağlı xəbər yaymaqda ittiham olunan şəxs saxlanılıb

Yayımlandı: 12 Sentyabr 2023 14:11

DİN: “Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib”

“Tik-tok” platformasında Qarabağda müharibə başlaması və Azərbaycan Ordusunun itkilərinin olması barədə yalan məlumatlar yaymaqda ittiham olunan bir nəfər saxlanılıb. Bu barədə Meydan TV-yə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saxlanılan şəxs 1998-ci il təvəllüdlü Pərviz İbrahimlidir. İddia olunur ki, o,  Azərbaycan Ordusu barədə yalan məlumatları saxta profillər vasitəsilə yayıb.

“Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib”, – Daxili İşlər Nazirliyindən bildirilib.

25 yaşlı Pərviz İbrahimli haqqında inzibati xəta işi başlanıb. Məlumatda bildirilir ki, araşdırmalar zamanı onun əməlində inzibati xətanın tərkib əlamətləri müəyyənləşdirilib. O, məhkəmə qarşısına çıxarılacaq.

Pərviz İbrahimli və ya yaxınlarının onun ünvanına səslənən ittihamlara münasibəti məlum deyil.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button