“Qarabağ” Konfrans Liqasının pley-mərhələsində ilk oyununu keçirib

Yayımlandı: 16 Fevral 2023 23:47

Azərbaycan çempionu “Gent”i minimal hesabla məğlub edib

“Qarabağ” klubu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.

“Köhlən atlar” Belçikanın “Gent” komandası ilə qarşılaşıb. Saat 21:45-də start götürən oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.

“Qarabağ” “Gent”lə görüşə bir neçə ciddi itki ilə çıxıb. Azərbaycan çempionu bu matçda zədə səbəbindən uzun müddətə sıradan çıxan qapıçı Şahruddin Məhəmmədəliyev və cəzalı olan mərkəz müdafiəçisi Kevin Medinanın xidmətindən istifadə edə bilməyib.

Oyunda hesab ikinci hissədə açılıb. “Qarabağ”ın portuqaliyalı yarımmüdafiəçisi Leandro Andrade qarşılaşmada vurulan yeganə qolun müəllifi olub – 1:0.

“Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button