Qarabağ Komitəsi toplandı-FOTO

Bu gün Qarabağ Azadlıq Təşkilatının ofisində Qarabağ Komitəsinin növbəti toplantısl keçirilib. Gündəliyə təşkilati məsələlər, Koordinatorlar Qrupunun İdarə Heyətinə çevrilməsi, Qarabağ Komitəsinin Analitik Qrupunun yaradılması və cari məsələlər daxil edilib.
Toplantıda ilk öncə təşkilati məsələlərə baxılıb. Müzakirələr nəticəsində Rəşad Məhəmmədov, Müşfiq Məmmədov, Elşən Məmmədov, Nizami Əlibəyli, Elnur Qasımov, Südeyif Sadıqlı, Azad Məmmədov, Nəsimi Dadaşlı və Aslan Həmidli yekdilliklə Qarabağ Komitəsinə üzv qəbul olunublar.
Komitənin yığıncağının qərarı ilə Koordinatorlar Qrupunun adı dəyişdirilərək İdarə Heyəti adlandırılıb və Qarabağ Komitəsinin 24 yanvar 2019-cu ildə KXCP-nin qərargahında “Atəşkəs və onun hərbi-siyasi və beynəlxalq məzmunu” mövzusunda dəyirmi masanın təşkil olunması qərarı verilib.
Komitə son günlər tanınmış blogger Mehman Hüseynovun aclığı ətrafında baş verən qalmaqala münasbət bildirən bəyanat qəbul edib.
Tədbirdə partizan müharibəsi haqqında ciddi müzakirələr aparılıb.
Tural Abbaslının sədrlik etdiyi müzakirələrdə İlham İsmayıl, Pənah Hüseyn, Əvəz Zeynallı, Tural Abbaslı, Akif Nağı, Rövşən Məmmədli, İsgəndər Həmidov, Ramiz İbayev, Barat İmani, Sahib Kərimli, Əhəd Məmmədli, Daşqın Nuriyev və digərləri çıxış edərək fikir bildiriblər.

 

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button