“Qarabağ Komitəsinin 2019-cu il üçün Əsas Fəaliyyət İstiqamətləri”-SƏNƏD

Bu gün Qarabağ Komitəsinin iclasında “Qarabağ Komitəsinin 2019-cu il üçün Əsas Fəaliyyət İstiqamətləri” adlı sənəd müzakirə və qəbul olunub. Xural.com sənədi təqdim edir:

 

“Qarabağ Komitəsinin işğal altındakı torpaqlarımızın azadlığı naminə Azərbaycan hakimiyyəti, beynəlxalq təşkilatlar və dünya ictimai rəyi qarşısında Qarabağa azadlıq tələbinin gündəmə gətirilməsi və gündəmdə saxlanılması, Azərbaycan cəmiyyətinin Qarabağa azadlıq tələbi ətrafında fəallığının artırılması və səfərbər olmasının təmin edilməsi məqsədilə aşağıdakı əsas fəaliyyət istiqamətlərini müəyyən edir:

1. Qarabağa azadlıq tələbi ilə daxildə və xaricdə piket, mitinq, nümayış, yürüş və s. kütləvi aksiyaların keçirilməsi. İl ərzində.
2. Qarabağa azadlıq mövzusunda ölkə daxilində və xaricində elmi-praktik konfransların, dəyirmi masa, ictimai dinləmələr, mətbuat konfransı və digər tədbirlərin keçirilməsi. İl ərzində.
3. Azərbaycanda və xaricdə Qarabağ Komitəsinin dayaq dəstələri, təəssübkeş qrupları, dəstək qruplarının yaradılması. İl ərzində.
4. Qarabağ Qurultayının hazırlanması və keçirilməsi. O1.01.2019 – 08.05.2019
5. İşğal olunmuş torpaqların azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi və Ermənistanın hərbi təcavüzünə qarşı Vətən müharibəsi aparan Azərbaycan ordusu və əsgərinə dəstək tədbirlərinin həyata keçirilməsi. Müntəzəm olaraq.
6. “Yurduma qayıtmaq istəyirəm!” tələbi ilə məcburi köçkünlər arasında kütləvi imza toplanması, petisiyalar hazırlanması və beynəlxalq təşkilatlara, digər müvafiq ünvanlara təqdim olunması və ya göndərilməsi. İlin birinci yarısı.
7. Qarabağa, cəbhə xəttinə qədər “Yurduma qayıtmaq istəyirəm!” şüarı ilə dinc yürüşün təşkili. İyul 2019.
8. Azərbaycanda və xaricdə işğal tarixləri və hüzn günlərinin qeyd olunması.


(Sənəd Qarabağ Komitəsinin 19.12.2018-ci il tarixli ümumi toplantısında yekdilliklə qəbul edilib)

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button